Sahibsiz itlər deputatı dişlədi


Digərləri 06 İyn 2022 20:45:00 208 0

Sahibsiz itlər deputatı dişlədi

Tomsk şəhər dumasının deputatı Maksim Zabelin tikinti sahəsindən keçərkən üç sahibsiz it ona hücum edərək dişləyib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, hadisə müşahidə kamerasının obyektivinə düşüb.

Kadrlarda deputatın tikinti sahəsinə necə girdiyi, bir neçə heyvanın ona hücum edərək yerə yıxdığı görünür.

Qeyd olunur ki, insidentdən sonra zərərçəkmiş vəhşi heyvanların zərərsizləşdirilməsi xidmətinə zəng etmək məcburiyyətində qalıb.