Bu ölkə bütün Rusiya telekanallarına qadağa qoyub


Dünya 06 İyn 2022 20:52:00 230 0

Bu ölkə bütün Rusiya telekanallarına qadağa qoyub

Latviya Milli Elektron Media Şurası ölkədə qalan 80 Rusiya telekanalının yayımını qadağan edib.

Son.az Delfi-yə istinadən bildirir ki, bu qərar iyunun 9-da qüvvəyə minir və Rusiya Federasiyası müharibəni dayandırıb Krımı Ukraynaya verənə qədər qüvvədə qalacaq.

Latviyanın yeni qanunvericilik normalarından birinə görə, digər dövlətin ərazi bütövlüyünü təhdid edən bir ölkənin proqramları orada işləyə bilməz.

Qadağa altında bir sıra kanallardır: "Kino24", "Mir TV", "Ovçuluq və Balıqçılıq", "Perets" və s.