Türkiyə 10 milyarddan çox avtomobil ixrac edib
Dünya 06 İyn 2022 21:10:00 166 0
2022-ci ilin yanvar-may aylarında Türkiyənin avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3,8 faiz artaraq 12,5 milyard dollara bərabər olub.
Son.az Trend-ə istinadən bildirir ki, bu barədə TurkicWorld -a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
"Bu ilin may ayında Türkiyə 2,3 milyard dollar məbləğində avtomobil ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 22,4 faiz çoxdur" - deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki , son 12 ay ərzində (may 2021-may 2022) Türkiyə 29,8 milyard dollar məbləğində avtomobil ixrac edib.
Mənbə: milli.az