Knyaz Həsənov vəzifəsindən azad edilib


Digərləri 06 İyn 2022 21:30:05 159 0

Knyaz Həsənov vəzifəsindən azad edilib

Daxili işlər orqanlarında yeni təyinat olub.

Son.az Trend-ə istinadən bildirir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Sənədə əsasən, Gəncə şəhər Baş Polis idarəsinin 1-ci polis şöbəsinin rəisi polis polkovnik-leytenantı Knyaz Həsənov vəzifəsindən azad edilib.

Nazirin digər əmri ilə Knyaz Həsənov Ağcəbədi Rayon Polis Şöbəsinin rəisi təyin edilib.