Bakı Mühəndislik Universitetinin Nizamnaməsi təsdiqləndi


Digərləri 06 İyn 2022 20:06:00 170 0

Bakı Mühəndislik Universitetinin Nizamnaməsi təsdiqləndi

Nazirlər Kabineti "Bakı Mühəndislik Universitetinin Nizamnaməsinin təsdiq edilməsi haqqında" Qərar imzalayıb.

Bununla da "Bakı Mühəndislik Universitetinin Nizamnaməsi" təsdiq edilir.

Azərbaycan Respublikasının Təhsil Nazirliyi bu Qərardan irəli gələn məsələləri həll edəcək.

Qeyd edilir ki, bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə"nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.