Türk ölkəsi yeni dövrə qədəm qoyur:


Dünya 06 İyn 2022 19:15:00 126 0

Türk ölkəsi yeni dövrə qədəm qoyur:

Qazaxıstanda bu gün keçirilən konstitusiya referendumunu seçicilərin təxminən 75%-i dəstəkləyib.

Son.az axar.az-a istinadən xəbər verir ki, bu qənaət ekzit-polların ümumi nəticəsində hasil olub.

MSK isə səsvermədə seçici fəallığının 68,44% olduğunu açıqlayıb. Ölkə qanunvericiliyinə görə, seçicilərin yarıdan çoxu iştirak edərsə, seçki baş tutmuş hesab edilir.

Qeyd edək ki, referendum Qazaxıstanda ciddi islahatları və "superprezidentlik institutu"nun dəyişdirilməsini, hesabatlı hökumət və parlament nəzarətinin gücləndirilməsini nəzərdə tutur. Mərhələli şəkildə prezidentin səlahiyyətləri azaldılacaq.

Bundan əlavə, prezidentin hakimiyyətdə olduğu müddət ərzində siyasi partiyalara üzvlüyünə qadağa qoyulur. Oxşar tələblər MSK-nın sədr və üzvlərinə, hesablama komissiyasına, rayon rəhbərlərinə və onların müavinlərinə də şamil olunacaq. Dəyişikliklər həmçinin prezidentin yaxın qohumlarının dövlət və kvazi-dövlət strukturlarında rəhbər vəzifə tutmasını qadağan edir.