Telefonlara tez və gec cavab verən banklar ARAŞDIRMA


Digərləri 06 İyn 2022 19:22:00 234 0

Telefonlara tez və gec cavab verən banklar  ARAŞDIRMA

Bütün sahələrdə olduğu kimi, bank sektorunda da müştəri məmnuniyyəti əsas məsələlərdən biridir. Müştərini məmnun etməyin birinci yolu isə onu maraqlandıran sualların operativ cavablandırılması, problemlərinin tez bir zamanda həll edilməsidir. Banklarla əlaqənin bir çox metodları olsa da, ən operativ və geniş yayılanı "Qaynar xətt"lə əlaqədir. Məlum olduğu kimi, Azərbaycanda son illərdə bank sektorunun inkişafı nəticəsində, insanların banklara axını çoxalıb. Belə olan halda, təbii olaraq müştəri müraciətləri də artır. Bəs görəsən, müştəri zənglərinə bankların "Qaynar xətt"lərində hansı müddətə cavab verilir?

Son.az bildirir ki, "APA-Economics"in əməkdaşı bankların əlaqə telefonları ilə əlaqə saxlayıb, müştəriyə tez və ya gec cavab verən bankları müəyyən edib.

Məlum olub ki, zəngə ən tez cavab verilən bank "Bank Melli İran" Bakı filialı (3 saniyə), ən gec cavab verilən bank isə "Azər Türk Bank" (5 dəqiqə 27 saniyə) dır. Digər sıralama aşağıda qeyd olunub.

Bank

Müddət

"BANK MELLİ İRAN" Bakı Filialı

3 san.

"XALQ BANK "

4 san.

BANK "BTB"

11 san.

"BANK OF BAKU"

15 san.

"GÜNAY BANK"

26 san.

"ZİRAAT BANK "

28 san.

BANK "AFB"

30 san.

"MUĞAN BANK"

31 san.

"PREMİUM BANK"

39 san.

"TURAN BANK"

49 san.

BANK "VTB"

52 san.

"NAXÇIVAN BANK"

1 dəq. 1 san.

"AZƏRBAYCAN SƏNAYƏ BANKI"

1 dəq. 6 san.

"YELO BANK"

1 dəq. 24 san.

"ACCSSES BANK"

1 dəq. 47 san.

"PAŞA BANK"

2 dəq. 3 san.

"AVRASİYA BANK"

2 dəq. 6 san.

"EKSPRESS BANK"

2 dəq. 30 san.

"YAPI KREDİ BANK"

2 dəq. 55 san.

"AZƏRBAYCAN BENƏLXALQ BANKI"

3 dəq. 27 san.

"BANK RESPUBLİKA"

4 dəq. 46 san.

"UNİBANK" ASC

4 dəq. 50 san.

"AZƏR-TÜRK BANK"

5 dəq. 24 san.

"RABİTƏ BANK"

4 dəq. 49 san.

"KAPİTAL BANK"

Online olaraq daha tez cavab verildi