“Həmin yuxudan sonra bir az təsəlli tapdım, ata sözünə möhtac qalmışam”


Şou-biznes 06 İyn 2022 17:07:00 224 0

“Həmin yuxudan sonra bir az təsəlli tapdım, ata sözünə möhtac qalmışam”

"Atam mənə anası Zemfira xanımın adını vermişdi. Həmişə də deyirdi ki, sən mənim anamsan. "Ata" sözünə, ata kəlməsinə möhtac qalmışam. Elə istərdim onunla dərdləşim, sirrimi bölüşüm. Atam mənim və bacım Jalənin qoruyucu mələyi idi, çox təəssüf ki, onu biz tez itirdik. Heç vaxt ağlımıza gəlməzdi ki, o bizdən bu tezliyində ayrılar. Gözümüz hər yerdə onu axtarır. Universitetə daxil olanda da, ailə həyatı quranda da.. Amma o cismən bizim yanımızda deyil, ruhən hər zaman mənimlədir, bizimlədir".

Son.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında sevilən və məşhur müğənni Rüfət Mehdiyevin qızı Zemfira Mehdiyeva deyib. O daha sonra əlavə edib.

"Yuxularımda atamı tez-tez görürəm. Atamı yeni itirmişdik, özümə gələ bilmirdim. Onun itkisi ilə günü bu gün də barışmamışam, amma yeni itirəndə qəbul etmək çox çətin idi. Bir gün yatdım və atamı yuxuda gördüm. O dedi ki, qızım, mən hər zaman sizin yanınızdayam, ölməmişəm. Dedim ki, o zaman mən hamıya deyim ki, atam yaşayır, sağdır? Dedi ki, əlbəttə, get hamıya de ki, atan sağdır. O yuxu mənə bir az təsəlli oldu. Ondan sonra hər zaman düşünürəm ki, atam yanımızdadır, sadəcə biz onu görə bilmirik. Onu 17 yaşında itirmişəm, mən hələ də böyüməmişəm, o yaşda qalmışam. Fəxr edirəm ki, Rüfət Mehdiyevin qızıyam" deyə sənətkarın qızı deyib.

Rüfət Mehdiyevin qızı bir məsələyə də aydınlıq gətirib.