Aİ minaları təmizləməkdə Azərbaycana texniki kömək göstərəcək


Digərləri 06 İyn 2022 17:22:00 130 0

Aİ minaları təmizləməkdə Azərbaycana texniki kömək göstərəcək

Avropa İttifaqı (Aİ) və BMT İnkişaf Proqramı azad edilmiş ərazilərin minalardan təmizlənməsi prosesində Azərbaycana texniki kömək göstərəcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Minatəmizləmə Agentliyinin sədr müavini Samir Poladov Aİ ilə BMT İnkişaf Proqramının azad edilmiş ərazilərdə minaların təmizlənməsi prosesinə yardıma yönəlmiş birgə layihənin təqdimatı zamanı deyib.

"Bu layihə minaların təmizlənməsi prosesinin dəstəklənməsi məqsədilə vacib texniki köməyin göstərilməsinə yönəlib", - deyə o bildirib.

Onun sözlərinə görə, 2020-ci ilin noyabrından minaların partlaması nəticəsində 39 nəfər həlak olub, 184 nəfər yaralanıb. Mina insidentlərinin ümumi sayı 223-ə çatıb.