"Qardaşım Ceyhun Bayramovu Ankarada görməkdən məmnunam" FOTO


Siyasət 06 İyn 2022 16:58:00 129 0

"Qardaşım Ceyhun Bayramovu Ankarada görməkdən məmnunam"  FOTO

Qardaş Azərbaycanı bundan sonra da hər sahədə dəstəkləyəcəyik.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu "Twitter" hesabında qeyd edib.

"Can Azərbaycanın xarici işlər naziri, qardaşım Ceyhun Bayramovu Ankarada görməkdən məmnunam. Bütün dünyaya nümunə olan əlaqələrimizi və regional prosesləri dəyərləndirdik. Qardaş Azərbaycanı bundan sonra da hər sahədə dəstəkləyəcəyik", - deyə nazir bildirib.