“Azərişıq”dan şad xəbər


Digərləri 06 İyn 2022 15:30:00 188 0

“Azərişıq”dan şad xəbər

"Azərişıq" ASC-nin elektron xidmətlərinə yenilik əlavə edilib.

Son.az xəbər verir ki, tətbiq edilən yeni xidmətlərlə artıq abonentlər evdən çıxmadan elektron hökumət üzərindən onlayn qaydada abonent kodunun addan ada keçirilməsini həyata keçirə biləcəklər. 

Üstəlik bu xidmət əvvəl aidiyyəti üzrə ödənişli həyata keçirildiyi halda, bu gün onlayn qaydada ödənişsiz olacaq.

"Azərişıq" ASC-nin İnformasiya Texnologiyaları Departamentinin direktor müavini Vüsal İsayev abonentlərin yeni xidmətlərdən hansı şəkildə faydalana biləcəkləri barədə məlumat verib:

"Yeni elektron xidmətlərlə əhali abonentlərinə geniş tarixçənin verilməsi, əhali və qeyri-əhali abonentlərində sayğac zədələnməsi ilə bağlı elektron qaydada müraciət etmək funksiyası aktivləşdirilib.

Eyni zamanda, xarici və yerli investorlar "Azərişıq" ASC elektrik şəbəkəsinə qoşulması ilə bağlı müraciətlərini "ASAN xidmət" və "ASAN Kommunal" mərkəzlərinə getmədən onlayn qaydada müraciət edə biləcəklər. Sayğac qoyulana qədər investorların qurum əməkdaşları ilə heç bir təması olmayacaq.