Brilliant Dadaşovanın geyimlərini o hazırlayıbmış


Şou-biznes 06 İyn 2022 15:07:00 218 0

Brilliant Dadaşovanın geyimlərini o hazırlayıbmış

Xəbər verdiyimiz kimi, Xalq artisti Brilliant Dadaşovanın solo konserti baş tutub.

Son.az axşam.az-a istinadən xəbər verir ki, müğənninin çıxışı qədər geyimləri də müzakirələrə səbəb olub. Dadaşova konsertində iki libas dəyişib. 

İfaçının libaslarının müəllifi isə stilist Elnur Həsənovdur. Elnur bildirib ki, uzun müddət sözügedən paltarların eskizi üzərində çalışıb. Atelyelərdən birində tikilən paltarların bəzi detalları isə xaricdən gətizdirilib. 

Müğənninin qara rəngli geyimləri uzun ayaq yarığı ilə diqqət çəkib. İfaçının konsertdəki saç-makiyajını da Elnur Həsənov edib.