Avtomobil insanların olduğu çuxura düşdü


Digərləri 06 İyn 2022 14:45:00 309 0

Avtomobil insanların olduğu çuxura düşdü

Moskvanın Timiryazevskaya küçəsində avtomobil çuxura düşüb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, ilkin məlumatlara görə, çuxurda təmir işləri aparılarkən avtomobilin sürücüsü nəqliyyat vasitəsini arxaya verib.

O, arxadakı baryeri görməyib.

İnsident nəticəsində sürücü və yeraltı ərazidə çalışan əməkdaşlardan xəsarət alan olmayıb.