Oğlunu sevgilisinə qısqandı, sevdiyi insana xəstəlik arzuladı, beş il həbs cəzası aldı
Kriminal 05 İyn 2022 23:14:00 101 0
Son.az Kulis.az-a istinadən məşhur müğənni Fədayə Laçının daim maraq doğuran həyat hekayətini oxucuların diqqətinə çatdırırıq.
Bu xəbəri də oxu: QHT nümayəndələrinin Şuşaya səfəri başa çatıb FOTO
Müğənni Fədayə Məmmədova Baris qızı 1977-ci il 3 iyun tarixində Laçın şəhərində dünyaya göz açıb. Fədayə atasına həsrət bir yeniyetməlik dövrü keçib. Atası onları tərk edərək başqa qadınla ailə qurub.
Fədayənin oxumağa meyli hələ yeniyetməlik illərindən başlasa da, erkən yaşda ailə quruduğu üçün evdə, mətbəxdə, yeni doğulmuş körpəsinə mahnılar oxumaqla, zümzümələr etməklə kifayətlənir. Günlər keçir, Fədayənin sənətə, oxumağa, səhnəyə olan sevgisi azalmır.
***
Ailə həyatı isə yolunda getmir. Və günlərin birində Fədayə də anasının taleyini yaşayır. Həyat yoldaşı onu və oğlunu tərk edərək Rusiyaya gedir. Oğlu Əlhəmlə tək yaşamağa qərar verən Fədayə ömrünü ona həsr etməyə qərar verir. Bir tərəfdən də oxumaq yanğısı, istəyi onu rahat buraxmır. Sənədlərini İncəsənət universitetinə verir və burada Xanəndə Canəli Əkbərovdan dərs almağa başlayır. O, Canəli Əkbərovla yanaşı Arif Babayevdən, İslam Rzayevdən və Məhəbbət Kazımovdan muğam, musiqi sənətini mənimsəməyə davam edir. Tezliklə toylara dəvət olunan müğənninin şöhrəti ətrafa yayılmağa başlayır.
Laçın işğal olunandan sonra Fədayə Məhəbbət Kazımovun məsləhəti ilə özünə Laçın təxəllüsünü götürür. Onu Fədayə Laçın kimi tamaşaçılara ilk dəfə təqdim edən də elə Məhəbbət Kazımov olur. Lakin, etiraf edək ki, Fədayənin populyarlığında böyük səbəb həm də onun Tacir Şahmalıoğlu ilə duet oxuması olur.
***
Tezliklə bu iki səsin birləşməsindən yaranan mahnılar insanların qəlbinə yatır. "Ney səsiyəm", "Sən gəldin gəlişinlə", "Külək məni yaralama", "Ayrılığın üzü dönsün" kimi bir-birindən gözəl mahnılar ifa edirlər. Bu mahnılar toylarda, avtobus dayanacaqlarında, taksilərdə, marşrutlarda dinlənilir, sevilir.
Onların birgə dueti bir sıra söz-söhbətlərə yol açır. Tacir ailəli olsa da, Fədayə ilə altı ildən çox böyük eşq yaşayır, onu böyük məhəbbətlə sevir. Lakin, zaman keçdikcə cütlük arasında soyuqluq əmələ gəlir. Fədayə tək oxumaq istədiyini elan edərək Tacirdən ayrılıb solo karyerasına başlayır.
***
Aradan uzun illər keçir. Fədayə mərdanə şəkildə Tacirlə olan münasibətini, onu vaxtilə sevdiyini etiraf edir. Tacir isə bunun əksini iddia edir, Fədayə ilə heç bir sevgi münasibəti yaşamadığını dilə gətirir. Bu barədə Fədayəyə verilən suallara o, küskün, gözündə kədərlə, ancaq qorxusuz cavablar verir:
"Tacir saf adamdı. Mənim ona yazığım gəlir. Bədbəxt insandı. Saflığından istifadə edirlər. Qaldı aramızda olan münasibəti danmağına, biz müğənnilərin həyatı hamıya bəllidir. Yalan danışmağın nə mənası var. Göz önündə olmuşuq. Sevgili olmuşuq. Niyə danım ki? Mən deyim ki, yox, biz onunla bacı-qardaş olmuşuq, ayıb olar. Bilən bilirdi. İndi yalan necə danışım? O vaxt özü bar-bar bağırırdı ki, sevirəm. Deyirdim, a balam, belə reklam eləmə. Deyirdi, yox, sevirəm. Mənə toxunan odur ki, insan sevirsə, buna görə utanmaz. Mən ona özümü qız uşağı kimi təqdim etmişdim ki? Başa düşmürəm. Mən onunla münasibətim olanda oğlum var idi, bunu bilmirdi ki? Ancaq qız uşağını sevmək olar ki? Sevgi günah deyil ki. Allahın verdiyi hissdir. Sevgi nə qız uşağına, nə varlıya, nə kasıba, nə də tərbiyəsiz qadın olmağa baxır. Pozğun qadını da sevmək olur, dilənçiyə də aşiq olmaq olar. Sevmisən, bunu da etiraf etmək üçün cəsarət lazımdı. Mən də sevmişəm. Burda nə var ki? Mən cansız əşya deyiləm ki. Hisslərim olub. Mən sevgi nədi bilmirəm? Qısqanırdı da, qadağaları da olurdu. İndi illər ötüb, hərə öz işində, gücündədir. Amma demə ki, aramızda heç nə olmayıb. Bu yalandı. Bizi görənlər, tanıyanlar olub. Mən səninlə münasibət yaşamışam. Onu necə dana bilərsən? Sevgini danmaq kişilik deyil".
Tacir isə verilişlərin birində Fədayə haqqında deyir:
Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə

Mütəxəssislər, Hindistanın Faridabad şəhərində yerləşən xəstəxanal

Həzrət Peyğəmbər (s) buyurur: "Əməlin seyyidi və sərvəri - başqa

II-ci tip diabet qanda şəkər səviyyəsinin "oynaması" azalıb ço

Bu gün avtomat silahdan atəş açaraq intihar edən Azərbaycan Ordusunun əsg

Yağış yağan zaman sanki torpaq təzə ruha bürünür və ağaclar yeni həy

Allergik burun tutulması, yaz allergiyasından əziyyət çəkənlərdə xərç

Eşitmə ilə bağlı qüsurlar hal-hazırki dövrdə fərqli yaş insanlar aras

Allah-təala keçmişdən gələcəyə bütün olanları və olacaqları öz əz

Zəqqum - Cəhənnəmdə bitib acı, zəhərli meyvəsi Cəhənnə

Aprelin 25-dən başlayaraq Ermənistanda kütləvi etiraz aksiyaları keçirili

Türkiyədə Rusiya kəşfiyyatına casusluq etməkdə və iki nəfəri öldürm

Hamıya məlumdur ki, yuxu insan orqanizmi üçün çox vacibdir. Gecə 7-9 saat

Əməkdar artist Mətanət İsgəndərli və keçmiş gəlini Canana barışıql
