Allergiya xərçəngdən qoruyurmuş –


Digərləri 05 İyn 2022 22:05:00 96 0

Allergiya xərçəngdən qoruyurmuş –

Allergik burun tutulması, yaz allergiyasından əziyyət çəkənlərdə xərçəngin bir sıra növlərinə tutulmaq riski dəfələrlə azdır.

Son.az medicina.az-a istinadən bildirir ki, bunu ABŞ Xərçəng Milli İnstitutunun mütəxəssisləri geniş miqyaslı elmi araşdırmalarının nəticəsi kimi bəyan ediblər.

Alimlər 1,7 milyon  66-99 yaş arası amerikalının tibbi göstəricilərini analiz ediblər.  Bu insanlarda 1992-2013-cü illər arası xərçəngin müxtəlif növləri aşkarlanıb.

Müqayisə üçün 100 min nəfər xərçən olmayan insanlar barədə də informasiya toplanıb. Və hər iki qrupda allergik rinit, astma və ekzema kimi xəstəliklərin dərəcəsi yoxlanılıb.

Nəticədə məlum olub ki, ömründə onkoloji xəstəliyə tutulmayan insanlar müntəzəm olaraq yaz allergiyası, allergik rinitdən əziyyət çəkiblər.

Analizlər göstərib ki, allergik zökəm və riniti olanlarda qırtlaq, ağız, qida borusu, uşaqlıq boynu, bağırsaq, uşaqlıq, ağciyər xərçəngi çox nadir hallarda rast gəlinib.