İntihar edən əsgərlə bağlı


Digərləri 05 İyn 2022 22:11:00 177 0

İntihar edən əsgərlə bağlı

Bu gün avtomat silahdan atəş açaraq intihar edən Azərbaycan Ordusunun əsgəri Abdullazadə Səid Məzahir oğlu barədə bəzi faktlar məlum olub.

Son.az modern.az-a istinadən bildirir ki, mərhum əsgərin yaxınlarının dediklərinə görə, Səid Abdullazadə Şamaxı rayonunun Məlikçobanlı kəndində doğulub boya-başa çatıb.

Ailədə dörd uşaq olublar - 2 bacı, 2 qardaş. O, hərbi xidmətə yollanarkən sağlıq durumunda heç bir problem olmayıb. S.Abdullazadə ailəsi ilə telefon əlaqəsi saxlayarkən xidmət zamanı nədənsə şikayətinin olub-olmaması barədə danışmayıb.

Əsgərin yaxınları onun hansı səbəbdən intihar etməsindən xəbərsizdirlər.

Məlumata görə, intihar edən hərbi qulluqçu oktyabr ayında tərxis olunacaqdı.