Biləsuvarın keçmiş icra başçısı vəfat etdi


Digərləri 05 İyn 2022 15:13:00 148 0

Biləsuvarın keçmiş icra başçısı vəfat etdi

Biləsuvar Ağsaqqallar Şurasının sədri, sabiq icra başçısı Əli Babayev vəfat edib.

Son.az "Qafqazinfo"ya istinadən bildirir ki, Əli Babayev bir neçə gün öncə rayon Ağsaqqallar Şurasının iclasını keçirib. O, iclasdan sonra insult keçirərək, xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, Ə.Babayev Ağsaqqallar Şurasına ötən ilin may ayında sədr seçilmişdi. Həmçinin o, 1994-2002-ci illərdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı işləyib.

Allah rəhmət eləsin.

Son.az