Aİ Rusiyaya qarşı yeddinci sanksiyalar paketini hazırlayır


Dünya 05 İyn 2022 15:46:00 136 0

Aİ Rusiyaya qarşı yeddinci sanksiyalar paketini hazırlayır

Artıq Avropa İttifaqında (Aİ) Rusiyaya qarşı yeddinci sanksiyalar paketi üzərində iş gedir.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Polşa xarici işlər nazirinin müavini Pavel Yablonski məlumat verib.

"Sanksiyalar daha da kəskin olmalıdır: Rusiyanın hələ də sata biləcəyi qaz kontekstində, bütün Rusiya banklarının SWIFT sistemindən ayrılması kontekstində. Mən ilk növbədə "Qazprombank"l nəzərdə tuturam", - o, vurğulayıb.

Onun sözlərinə görə, sanksiyalarla yanaşı, nəinki Rusiyanın Avropadakı aktivlərinin dondurumaq, hətta onları müsadirə etmək lazımdır.