Şimali Koreya yenidən Yapon dənizi istiqamətində raket atdı


Dünya 05 İyn 2022 14:23:00 129 0

Şimali Koreya yenidən Yapon dənizi istiqamətində raket atdı

Şimali Koreya bazar günü yenidən Yapon dənizi istiqamətində ballistik raket ehtimal edilən cismin buraxılışını həyata keçirib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Yaponiya Sahil Mühafizəsi məlumat yayıb.

Yapon patrul gəmiləri bölgədəki gəmiləri raket parçaları aşkar edilərsə onlara yaxınlaşmamağa və dərhal müvafiq qurumlarla əlaqə saxlamağa çağırıb.

Xatırladaq ki, ilin əvvəlindən Şimali Koreya on dəfədən çox silah sınağı keçirib. Sonuncu dəfə mayın 25-də biri qitələrarası olmaqla üç ballistik raket buraxılıb.