Dostlarını evindən qovdu, oğlu köhnə vaqonda səfil həyatı yaşadı


Kriminal 05 İyn 2022 12:44:00 110 0

Dostlarını evindən qovdu, oğlu köhnə vaqonda səfil həyatı yaşadı

Son.az Kulis.az-a istinadən mərhum sənətkar, Əməkdar artist Fatma Mehrəliyeva haqqında maraqlı faktları təqdim edir.

Fatma Yusif qızı Mehrəliyeva 1926-cı ildə Quba rayonunda anadan olub. Fatma xanım uşaqlıqdan çox çətinliklər görüb. 3-4 yaşlarında olarkən anası vəfat edib. Onu bir müddət Quba rayonunun İspik kəndində yaşayan xalası Əsməgül himayə edib. Xalasını yaddan çıxarmayan sənətkar gənclik illərində tez-tez onu yad edər, İspik kəndinə qonaq gələrmiş.

***

Hələ kiçik yaşlarından öz səsi ilə qohum-qonşunun, müəllimlərinin sevgisini qazanan Fatma Qubada orta məktəbdə tədris olunan nəğmə dərslərində xüsusi fəallıq göstərərmiş. Müəllimləri onun bu məharətini dəyərləndirərək balaca Fatmanı bir musiqi festivalında iştirak etmək üçün Bakıya göndərir. Festivalda "Qubanın ağ alması" xalq mahnısını ifa edən 11 yaşlı qızcığazın ifası dahi Üzeyir Hacıbəyovun diqqətini cəlb edir.

Üzeyir bəylə tanışlığı Fatma Mehrəliyevanın həyatında böyük rol oynayır. Üzeyir bəy ona əsil ata qayğısı göstərir. Fatmanı məktəbdə oxudur, ona musiqi təhsili almaq üçün şərait yaradır. Beləcə, Üzeyir bəyin xeyir-duası Mehrəliyeva üçün uzun həyat yolunda yaşıl işığa çevrilir.

***

Mehrəliyeva xanəndəlik fəaliyyətinə 1940-cı ildən Azərbaycan Dövlət Filarmoniyasının nəzdində "Sazçı qızlar" ansamblında başlayır. Geniş konsert salonlarında bir-birinin ardınca uğurlu çıxışlar edən Fatma Mehrəliyevanın sorağı bütün Azərbaycana yayılır.

***

1941-1945-ci illərdə Böyük Vətən Müharibəsi də Fatma xanımın həyatına təsirsiz ötüşmür. O, tez-tez cəbhədə hərbçilərin qarşısında çıxış edir. Fatma xanımın cəbhə repertuarında Ü. Hacıbəylinin vətənpərvərlik nəğmələri geniş yer tutur. Bəstəkarın Səməd Vurğunun sözlərinə bəstələdiyi "Şəfqət bacısı" mahnısının ilk ifaçısı məhz F. Mehrəliyeva olub. Lakin həmin ifanın lent yazıları qalmayıb.

Rejissor Rza Təhmasib 1945-ci ildə "Arşın mal alan" filmini lentə alanda Telli obrazını heç düşünmədən Fatma Mehrəliyevaya həvalə edir.

***

Azərbaycan ifaçılıq sənətində adı hörmətlə çəkilən F. Mehrəliyeva 1960-cı ildə əməkdar artist fəxri adına layiq görülür. Ondan bizə yadigar qalan və qorunan nəğmələri - "Qubanın ağ alması", "Azərbaycan maralı", "Ahu kimi", "Qaragilə" hələ də sevilir. Amma bu lent yazıları içərisində "Kəsmə şikəstə"nin müstəsna yeri var. Elə ona görə də sənətkarlar bəzən bu muğama "Fatma şikəstəsi" də deyirlər.

Qohumları deyir ki, 90-cı illərin əvvəllərində Fatma xanım bir qədər diqqətdən kənarda qalır və səhnədən uzaqlaşmağa başlayır. Böyük sənətkarın qohumu Balaşirin Hacıməmmədov o illəri belə xatırlayır:

"Sonuncu dəfə o, dayım oğlunun toyunda iştirak edib. Səhv etmirəmsə, 87-ci il idi. Gözəl bir mahnı oxudu, rəqs də etdi. Sonradan heç yerdə görünmədi. Bir dəfə televiziyada hansısa kanaldan onun evinə çəkilişə getmişdilər. Qapını gələnlərin üzünə çırpıb demişdi ki, məni bu vaxta qədər yada salmayıblarsa, bundan sonra da ehtiyacım yoxdur".

Fatma xanım xəstə olanda onu heç kim axtarmırdı. Qubadakı evinə gedib, özünə qapıldı. Həyatının son günlərini yaşadığı zaman sənət dostları onu görməyə getmişdilər. Ancaq o sənət dostlarına da dedi ki, siz mənə hansı qapını açdınız ki, bu gün mən də sizin üzünüzə qapı açım?

***

Xalq artisti, rejissor Vasif Babayev Fatma xanımla bağlı xatirələrini belə bölüşüb:

"Fatma xanım həm qayğısızlıqdan, təklikdən əziyyət çəkirdi, həm də onun maddi problemləri var idi. Həyat yoldaşı yox idi, aldığı məvacib də ona çatmırdı. Çox pis vəziyyətə düşmüşdü. Hətta bayıra çıxmağa da utanırdı. O, möhtəşəm qadın idi. Təsəvvür edin, öz evində oxumağa başlayanda hamı - bütün İçərişəhər sakit dayanıb onun səsinə qulaq asırdı. O, sənətinin zirvəsində olanda belə bəzi toylara təmənnasız gedirdi.

Ömrünün son illərini faciəli şəkildə yaşayan unudulmaz sənətkar - Fatma xanım Mehrəliyeva 2000-ci il yanvarın 4-də vəfat edib.

***

Bir neçə il əvvəl televiziya verlişlərinin birində Fatma Mehrəliyevanın oğlu Qalib Mehrəliyev 18 ildən sonra nəvəsi Fatimə ilə görüşüb. Verilişdə Qalib Mehrəliyevin acınacaqlı taleyindən də bəhs edilib. Belə ki, üç oğul, bir qız atası olan Q. Mehrəliyev illərdir səfil həyatı yaşayır. 2005-ci ildən Bakının mərkəzi küçələrinin birində, "Trolleybus parkı" deyilən ərazidə məskunlaşdığı köhnə vaqonda həyatla ölüm arasında mübarizə aparır.

Azərbaycanda İŞİDə dəstək verən şəxs ÜZR İSTƏDİ like
  • 05 İyn 12:36  
Kriminal Azərbaycanda İŞİDə dəstək verən şəxs ÜZR İSTƏDİ

Sosial mediada İŞİD-ə dəstək nümayiş etdirən Qusar rayonunun sakini Abd

arrow Ətraflı
Rusiya yeni taktikadan istifadə edəcək like
  • 05 İyn 12:33  
Dünya Rusiya yeni taktikadan istifadə edəcək

Yaxın vaxtlarda Rusiya ordusu Ukraynada yeni taktikalardan istifadə edəcək.

arrow Ətraflı
Meraya Keri sözləri və musiqisi eyni olmayan mahnıya görə plagiatlıqda ittiham olunur like
  • 05 İyn 12:22  
Şou-biznes Meraya Keri sözləri və musiqisi eyni olmayan mahnıya görə plagiatlıqda ittiham olunur

Dünyaca məşhur ifaçı Meraya Kerinin "All I Want for Christmas Is You&

arrow Ətraflı
Bakıda 33 dərəcə, rayonlarda isə...  PROQNOZ like
  • 05 İyn 12:16  
Digərləri Bakıda 33 dərəcə, rayonlarda isə... PROQNOZ

Sabaha gözlənilən hava proqnozu açıqlanıb.

arrow Ətraflı
“Evləri, maşınları müğənnilikdən qazanmıram” like
  • 05 İyn 12:01  
Şou-biznes “Evləri, maşınları müğənnilikdən qazanmıram”

ATV-nin "Qısaqapanma" proqramının budəfəki qonağı müğənni

arrow Ətraflı
Gənc oğlan qadın üçün ev tutdu: "Nə qədər yalvarsam da..." like
  • 05 İyn 11:50  
Kriminal Gənc oğlan qadın üçün ev tutdu: "Nə qədər yalvarsam da..."

Bakının Sabunçu rayonunda 1994-cü il təvəllüdlü Murad şəxsi münasibə

arrow Ətraflı
Sanksiyalar Putini niyə durdurmur? like
  • 05 İyn 11:38  
Dünya Sanksiyalar Putini niyə durdurmur?

Ukraynaya hücum edəndən indiyədək Rusiya Qərbin ən ağır sanksiyalarına

arrow Ətraflı
Ukrayna ordusu bunu gözləyir: like
  • 05 İyn 11:26  
Dünya Ukrayna ordusu bunu gözləyir:

Qərb silahları kifayət qədər gəldikdən sonra Ukrayna ordusu tam əks-hüc

arrow Ətraflı
Uşağını tələf etdirdi, qızıllarını itirib amansız xəstəliyə tutuldu, like
  • 05 İyn 11:15  
Kriminal Uşağını tələf etdirdi, qızıllarını itirib amansız xəstəliyə tutuldu,

Son.az Kulis.az-a istinadən aktrisa, əməkdar artist Vəfa Fətullayeva haqqı

arrow Ətraflı
Vatikan Ukraynaya həsr olunmuş gümüş sikkə buraxıb like
  • 05 İyn 11:07  
Dünya Vatikan Ukraynaya həsr olunmuş gümüş sikkə buraxıb

Vatikan Ukraynaya həsr olunmuş xüsusi gümüş sikkə buraxıb.

arrow Ətraflı
31 min hərbçi, 3 min zirehli döyüş maşını, 210 ədəd hərbi təyyarə... like
  • 05 İyn 10:52  
Dünya 31 min hərbçi, 3 min zirehli döyüş maşını, 210 ədəd hərbi təyyarə...

Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə v

arrow Ətraflı
Gəncədə əri tərəfindən bıçaqlanan qadın öldü like
  • 05 İyn 10:45  
Digərləri Gəncədə əri tərəfindən bıçaqlanan qadın öldü

İyunun 3-ü saat 15 radələrində Gəncə şəhər sakini 1990-cı il təvəll

arrow Ətraflı
Qazilərin əlilliyinin qiymətləndirilməsinə dair MÜHÜM XƏBƏR: like
  • 05 İyn 10:37  
Digərləri Qazilərin əlilliyinin qiymətləndirilməsinə dair MÜHÜM XƏBƏR:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tib

arrow Ətraflı
Çin növbəti kosmonavt qrupunu orbitə göndərib like
  • 05 İyn 10:30  
Dünya Çin növbəti kosmonavt qrupunu orbitə göndərib

Çinin kosmik stansiyasının quraşdırılması üçün növbəti missiya olan

arrow Ətraflı
Yeni doğulan qızları xəstəxanalıq oldu like
  • 05 İyn 10:22  
Şou-biznes Yeni doğulan qızları xəstəxanalıq oldu

Türkiyəli aktyor Kənan İmirzalıoğluyla aktrisa Sinem Kobalın yeni dünyay

arrow Ətraflı