Vatikan Ukraynaya həsr olunmuş gümüş sikkə buraxıb


Dünya 05 İyn 2022 11:07:00 167 0

Vatikan Ukraynaya həsr olunmuş gümüş sikkə buraxıb

Vatikan Ukraynaya həsr olunmuş xüsusi gümüş sikkə buraxıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Vatikandakı səfiri Andrey Yuraş özünün "Facebook" səhifəsində məlumat verib.

"Bu, sadəcə olaraq, simvol deyil, Ukraynaya dəstək üçün əsl jestdir: Rusiyanın Ukraynaya təcavüzünün 100-cü günündə Vatikanın Filateliya və Numizmatika İdarəsi Ukraynaya həsr olunmuş xüsusi gümüş sikkə (23 qram) buraxıb", - deyə o qeyd edib.

Yuraş əlavə edib ki, hər biri 50 avro dəyərində olan sikkənin satışından əldə edilən gəlir Ukraynaya kömək üçün istifadə olunacaq.