Bayden və xanımı təhlükəsizliklə bağlı təcili başqa əraziyə təxliyə edilib


Dünya 05 İyn 2022 10:15:00 184 0

Bayden və xanımı təhlükəsizliklə bağlı təcili başqa əraziyə təxliyə edilib

ABŞ Prezidenti Cozef Bayden və birinci xanım Cill Bayden cütlüyün həftəsonunu keçirdiyi Delaver ştatının Rexobot Biç şəhərindəki evindən təxliyə ediliblər.

Son.az bu barədə "Report"a istinadən xəbər verir.

Ağ Ev sözçüsü bildirib ki, evakuasiya 5 iyun şənbə günü (yerli vaxtla-red) kiçik şəxsi təyyarənin məhdudlaşdırılmış hava məkanına daxil olmasından sonra ehtiyat tədbiri olaraq həyata keçirilib.

"Kiçik şəxsi təyyarə məhdudlaşdırılmış hava məkanına daxil olub... Ehtiyat tədbirləri görülüb. Prezident və ailəsi üçün heç bir təhlükə yoxdur", - rəsmi bildirib.

O, əlavə edib ki, Prezident və birinci xanım artıq öz iqamətgahlarına qayıdıblar. Ağ Ev hadisədən təxminən bir saat sonra baş verənlərlə bağlı mətbuata məlumat yayıb.

Son.az