Kiyevə raket zərbələri endirilib


Dünya 05 İyn 2022 09:52:00 134 0

Kiyevə raket zərbələri endirilib

Bu gün səhər saatlarında Kiyev şəhəri raket zərbəsinə məruz qalıb.

Son.az APA-ya istinadən bildirir ki, bu barədə Kiyev şəhər meri Vitali Kliçko "Telegram"-da paylaşım edib.

Ukrayna paytaxtının Darnitsk və Dneprovsk rayonlarında partlayış səsləri eşidilib. Vitali Kliçko 1 nəfərin xəsarət aldığı və xəstəxanaya yerləşdirildiyini bildirib.