Hidroterapiyanın faydaları


Digərləri 04 İyn 2022 23:45:00 197 0

Hidroterapiyanın faydaları

İnsanlar qədim dövrlərdən suyun şəfaverici xüsusiyyətlərini bilirlər.

Dünyanın müxtəlif xalqları su ilə əlaqəli fərqli rituallara və inanclara sahibdirlər.

Misal üçün, Farslar evdən çıxmadan öncə çölə su səpirlər, bu adət pis ruhları uzuqlaşdırmaq mənasını verir. Norveçlilər yenidoğulmuşların üzərinə su tökdülər. Pravoslavlarda isə din qəbul etmə su ilə bağlıdır. Tarixdə bir çox xəstəliklərin yalnız suyun köməyi ilə müalicə edildiyinin şahidi oluruq.

Hal-hazırki dövrdə tibbdə soyuq və isti vannalar, su kompressləri və.s su prosedurlarından geniş istifadə olunur. Lakin su təsirli sahəyə hər zaman tətbiq edilmir. Məsələn, dabanın iltihablı proseslərində soyuq kompress ayaq buduna əks istiqamətdə qoyulur.

Soyuq duş qəbulu bədəni möhkəmləndirir. Bu səbəbdən gündəlik istifadə profilaktik olaraq orqanizmin qan dövranını yaxşılaşdırır, müxtəlif xəstəliklərdən xilas edir.