İstanbulda meymunçiçəyi ŞÜBHƏSİ: əllərində


Dünya 04 İyn 2022 23:49:00 152 0

İstanbulda meymunçiçəyi ŞÜBHƏSİ: əllərində

Türkiyə Səhiyyə naziri Fahrettin Koca İstanbulda meymunçiçəyi şübhəsi ilə mediada müzakirə edilən 4 nəfərin test nəticələrinin mənfi çıxdığını açıqlayıb.

Son.az publika.az-a istinadən xəbər verir ki, İstanbulun Sultanqazi Həbiblər küçəsindəki aptekə gedən əcnəbi vətəndaşlar əllərindəki yaraları göstərərək dərman istəyiblər və əczaçı yaraların meymunçiçək virusu ola biləcəyindən şübhələnib və səlahiyyətlilərə məlumat verib.

Meymunçiçəyi xəstəliyindən şübhələnən şəxslər aparıldıqları xəstəxanada test veriblər.

Səhiyyə naziri Fahrettin Koca lazımi analizlərin aparıldığını, 4 nəfərin analizinin nəticəsinin mənfi olduğunu bildirib.