Baydenin Yaxın Şərqə səfəri təxirə salındı


Dünya 04 İyn 2022 23:51:00 140 0

Baydenin Yaxın Şərqə səfəri təxirə salındı

ABŞ prezidenti Co Baydenin iyunun sonuna planlaşdırılan Yaxın Şərq səfəri iyul ayına təxirə salınıb.

Son.az publika.az-a istinadən xəbər verir ki, bu barədə Axios portalı ABŞ və İsrail rəsmilərinə istinadla məlumat yayıb.

Portalın məlumatına görə, bir gün əvvəl Ağ Evin nümayəndələri israilli həmkarlarına ABŞ prezidentinin səfərinin sıx iş qrafikinə görə gələn aya təxirə salınması barədə məlumat veriblər. Eyni zamanda ABŞ administrasiyası bu qərarın İsraildə baş verən hadisələrlə heç bir əlaqəsinin olmadığını vurğulayıb.

Baydenin Yaxın Şərqə səfəri zamanı doqquz ərəb dövlətinin liderləri ilə sammitin keçiriləcəyi gözlənilirdi. Bundan əlavə, ABŞ prezidenti İsrail və Fələstinə səfər etməyi planlaşdırır.

Bir gün əvvəl Amerika lideri tezliklə Səudiyyə Ərəbistanına səfər edəcəyini etiraf etsə də, yekun planların hələ formalaşmadığını vurğulayıb.