Qərb Ukraynada müharibəni bitirmək planı hazırlayır


Dünya 04 İyn 2022 17:52:00 103 0

Qərb Ukraynada müharibəni bitirmək planı hazırlayır

Rusiyanın müstəqil Ukrayna ərazisinə genişmiqyaslı hərbi müdaxiləsinin dördüncü ayında ABŞ, Aİ və Böyük Britaniya nümayəndələri Ukraynada müharibəyə danışıqlar yolu ilə son qoymaq planını müzakirə etmək üçün müntəzəm olaraq görüşməyə başladılar.

Son.az UNİAN-a istinadən bildirir ki, bu barədə CNN məlumat yayıb.

CNN-in məlumatına görə, Ukrayna bu müzakirələrdə birbaşa iştirak etmir.

Materialda deyildiyi kimi, söhbət Ukraynaya gələcək müzakirə üçün təklif oluna biləcək sülh planının təxmini parametrlərinin müəyyən edilməsindən gedir.

Aslan Məmmədov Son.az