Türkandan onu qınayan sənətçilərə: “Bir məclisi paylaşırıqsa...” VİDEO


Şou-biznes 04 İyn 2022 16:22:00 169 0

Türkandan onu qınayan sənətçilərə: “Bir məclisi paylaşırıqsa...”  VİDEO

Son vaxtlar ifa etdiyi mahnılara görə tez-tez tənqidə tuş gələn müğənni Türkan Vəlizadə səssizliyini pozub.

Son.az oxu.az-a istinadən xəbər verir ki, Türkan bu barədə ATV-də yayımlanan "7 canlı" verilişinə qonaq olarkən danışıb.

O, tənqidlərin heç birini qəbul etmədiyini deyib:

"Əgər mən el şənliklərində məni tənqid edən xalq artistləri, əməkdar artistlərlə bir məclisi paylaşıramsa, deməli, hər birimiz bu sənətdəyik".

Qeyd edək ki, bir müddət öncə Xalq artisti Tünzalə Ağayeva "Şourum" verilişinə qonaq olarkən Türkanın ifasını "faciə" adlandırmışdı. Əməkdar artist Firuzə İbadova isə MTV kanalına müsahibəsində Türkanın ünvanına: "Bir az ciddi mahnılar oxusa, yaxşı olar", - deyib. İçərişəhərdə Türkanın mahnısını eşidən Əməkdar artist Sevda Ələkbərzadə isə sosial şəbəkə hesabında paylaşım edərək onun ifasını "bazar mahnısı" adlandırmışdı.

Ətraflı süjetdə: