Britaniya kəşfiyyatı Rusiyanın uğurlarının səbəbini açıqladı


Dünya 04 İyn 2022 14:00:00 132 0

Britaniya kəşfiyyatı Rusiyanın uğurlarının səbəbini açıqladı

"Donbasdakı mübahisəli ərazilərdə Rusiyanın hava sahəsindəki fəaliyyəti davam edir. Rusiyanın hava fəaliyyəti Ukraynanın silahla təchizatının qarşısının alınmasına yönəlib".

Son.az report-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat məlumatında yazılıb.

"Rusiya hava və yerüstü qanadlı raketlərdən istifadə edir. Amma bu zərbələr döyüşlərə əhəmiyyətli təsir göstərmək imkanında deyil. Rusiyanın dəqiq idarə olunan raket ehtiyatları tükənəcək. Hava və artilleriya zərbələrinin birgə istifadəsi Rusiyanın regiondakı son taktiki uğurlarında əsas amil olub", - məlumatda bildirilib.