Müəllim işləmək istəyənlərin nəzərinə Qaydalar açıqlandı VİDEO


Digərləri 04 İyn 2022 14:07:00 121 0

Müəllim işləmək istəyənlərin nəzərinə  Qaydalar açıqlandı  VİDEO

Sabahadan müəllimlərin işə qəbulu üzrə müsabiqənin sənəd qəbulu başlayacaq. Qeydiyyat elektron qaydada aparılacaq. Bu il keçiriləcək imtahanlarda müəyyən dəyişikliklər edilib. Yeniliklər nədən ibarətdir?

Son.az Xəzər TV-yə istinadən xəbər verir ki, bu il keçiriləcək dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqədə bəzi dəyişikliklər edilib.

Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli bildirib ki, müsabiqədə iştirak etmək istəyən namizədlərin qeydiyyatı sabah saat 11:00-dan iyunun 10-u saat 11:00-dək miq.edu.az  portalı vasitəsilə  aparılacaq. Müəllimlərin işə qəbulu müsabiqəsinə orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş, dövlət nümunəli təhsil sənədi almış və ya xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış vətəndaşlar və ya Azərbaycanda daimi yaşamaq üçün icazə verilmiş şəxslər qatıla bilərlər.

Nurlan İsmayılbəyli bildirib ki, müsabiqədə həvəsləndirmə tədbirlərinin tətbiq edildiyi ümumi təhsil müəssisələrində 3-5 il ərzində fasiləsiz olaraq işləyən müəllimlərin imtahan nəticəsi 1,05 artım əmsalı, 5 il və daha artıq müddətdə fasiləsiz işləyən müəllimlərin imtahan nəticəsi isə 1,1 artım əmsalı ilə hesablanacaq. Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə 8 minə yaxın vakansiyanın çıxarılacağı gözlənilir. Mərkəzin direktoru test mərhəlsindəki yeniliyə də aydınlıq gətirib.

Qurum rəsmisi əlavə edib ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsindən sonra boş qalan yerlərə işə qəbul müddətli əsaslarla həyata keçiriləcək. Müsabiqənin test mərhələsinin iyulun əvvəlində keçirilməsi nəzərdə tutulur.