Çətənə bitkiləri becərən qohumlar saxlanıldılar FOTO
Kriminal 04 İyn 2022 13:15:00 98 0
Baş Narkotiklərlə Mübarizə İdarəsinin və Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində uğurlu əməliyyat tədbiri keçirilib.
Bu xəbəri də oxu: Həkimlərin əlində müəmmalı şəkildə ölən
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarına Kür çayının rayonun Ərəbqardaşbəyli kəndi ərazisindən keçən hissəsinin sahilində narkotik tərkibli bitkilərin kultivasiya edilməsi barədə əməliyyat məlumatı daxil olub.
Dərhal qeyd edilən ərazi əməliyyat nəzarətinə götürülüb. Keçirilən əməliyyat tədbirləri nəticəsində çayın sahilində narkotik vasitələrin kultivasiyası ilə məşğul olan həmin kənd sakini, əvvəllər məhkum olunmuş Vüqar Məmmədov saxlanılıb. Həmin əraziyə keçirilən baxış zamanı xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 327 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.
Polis əməkdaşları tərəfindən həmin kənd ərazisində keçirilən digər bir uğurlu əməliyyat tədbiri nəticəsində eyni əməllə məşğul olan V.Məmmədovun əmisi oğlu, əvvəllər üç dəfə məhkum olunmuş Səttar Məmmədov da saxlanılıb.
Onun yaşadığı ünvana keçirilən baxış zamanı isə həyətyanı sahədən 73 ədəd çətənə kolu aşkarlanaraq maddi sübut kimi götürülüb və ekspertizaya təqdim olunub.
Saxlanılan qohumlar izahatlarında narkotiklərin kultivasiyası ilə məşğul olduqlarını etiraf ediblər.
Aşkar olunan faktlarla bağlı Neftçala RPŞ-də cinayət işləri başlanılıb, istintaq və əməliyyat tədbirləri davam etdirilir.
Dövlət Turizm Agentliyi tərəfindən cari ilin may ayında Kəlbəcər rayonu

ABŞ-ın Oklahoma ştatındakı məktəbdə müəllimə 16 yaşlı şagirdinə

Bakıda və Abşeron yarımadasında iyunun 5-də hava şəraiti əsasən yagmur

Müğənni Emil Bədəlov "Zaurla Günaydın" verlişində qonaq olub.

Heydər Əliyev Mərkəzində xalça motivləri əsasında hazırlanan geyimlər

Bakıda bəstəkar-müğənni Murad Arifin bağ evindəki həyətinə ayı balas

Ermənistanın Sünik mərzinin Gorus şəhərinin meri Aruş Aruşanyan "

Son.az xəbər verir ki, professor Qulu Məhərrəmli moderator.az-a açıqlamas

Bakıda metroda cibgirliklə məşğul olan şəxs yaxalanıb.

100 günlük müharibə Ukrayna ordusunun dözümlülüyünü və xalqın şüca

Cinsini dəyişərək kişi olmağı seçən keçmiş aktrisa, indiki aktyor Ell

İyunun 4-ü saat 00:00-da Cəlilabad rayon sakini, 1996-cı il təvəllüdlü R

"Nəcməddin Sadıkov hələ vəzifədə olan vaxtda mən demişəm ki, o,

2021-ci il noyabrın 25-də Sabirabad rayonunun Ətcələr kəndi ərazisində S
