Azərbaycanlı məşhurun aşiq olduğu xanım


Şou-biznes 04 İyn 2022 12:15:00 165 0

Azərbaycanlı məşhurun aşiq olduğu xanım

Müğənni Emil Bədəlov "Zaurla Günaydın" verlişində qonaq olub.

Son.az xəbər verir ki, ifaçı verilişə tək gəlməyib. O, öz ailəsi ilə birgə efirə təşrif buyurub.

Ailəsini efirdə çox göstərməyi sevməyən Emil bu dəfə kamera önünə həyat yoldaşı Xanım ilə birgə çıxıb.

Müğənni verilişdə məşhur tarzənin qızı ilə ailə qurmaq fikrinə necə düşdüyü barədə danışıb:

"Meyxanaçı Vüqar Əbdülovun "Bakı Estrada Teatrı" var idi. "Yaşıl teatr"da o konsertdə də mən və Elton qonaq kimi oxumalı idik. Konsertdə oxuya-oxuya gördüm. Dərhal gecəylə zəng etdim Firuz müəllimin rəhmətlik dostu kamança ifaçısı Ədalət müəllimə. Onun oğlu (doktor) Səfərəli mənimlə bir sinifdə oxuyub. Yığdım Səfərəliyə, dedim ki, anandan xahiş elə zəng eləsin Firuz müəllimin yoldaşına. Görən kimi zəng etdirdim, üstündən vaxt keçməyinə imkan vermədim. Bizim bir dostumuz var Nicat, müğənnidir. Xanımı görəndə Nicata demişdim ki, "Bu xanım qismətimdir". Elə də oldu ki, 20 gündən sonra elçi getdik".

Qeyd edək ki, Emil Bədəlovun həyat yoldaşı tarzən, Xalq artisti Firuz Əliyevin 4 qız övladından biridir. Onun daha iki oğlan övladı da var. Müğənni Emil Bədəlov isə iki qız atasıdır.

Məhəmməd Vaqif Son.az