Çində sürət qatarı relsdən çıxdı, ölən və yaralananlar var


Dünya 04 İyn 2022 10:30:00 182 0

Çində sürət qatarı relsdən çıxdı, ölən və yaralananlar var

Çinin cənubundakı Quyçjou əyalətində sürət qatarı relsdən çıxıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, qəzaya qəfil baş vermiş torpaq sürüşməsi səbəb olub.

Hadisə nəticəsində qatarın maşinisti həlak olub, azı səkkiz nəfər isə xəsarət alıb.

Bundan başqa, qatarda olan 136 nəfər təxliyə olunub. Hadisə ilə əlaqədar dəmir yolunun bir hissəsi hərəkət üçün bağlanıb.