“Azərbaycan kinosu hələ də sıfır nöqtəsindən tərpənə bilmir...”
Kriminal 04 İyn 2022 11:30:00 92 0
Son.az xəbər verir ki, professor Qulu Məhərrəmli moderator.az-a açıqlamasında kinoşunas Aydın Kazımzadənin Azərbaycan Kinematoqrafçılar İttifaqının yeni sədri, Xalq artisti Rasim Balayev haqda səsləndirdiyi ittihamlarına münasibət bildirib.
Bu xəbəri də oxu: Bakı sakininə
Q.Məhərrəmli təklif edib ki, biz bu cür konfiliktləri kənara qoyub, kinomuzun inkişafı üçün çalışmalıyıq:
"Rasim Balayevin Azərbaycan Kinematoqrafçılar İttifaqına sədr seçilməsi müsbət hadisədir. Çünki Rasim kino adamıdır, uzun müddət də həmin ittifaqda birinci katib vəzifəsində olub. İndi o böhranlı günlərdə kimin necə davranması başqa məsələdir. Amma və lakin hesab edirəm ki, indiki şəraitində ora Rasim Balayevdən uyğun adam tapmaq çətin idi. Ona görə də onun sədr seçilməsi ümid verir ki, ittifaqın işində ciddi dönüş və irəliləyiş olacaq.
Rasim xarakter etibarıyla mülayim, yumşaq və sülh adamıdır. Ona bu dərəcədə hücumlar hesab edirəm ki, əxlaq çərçivəsinə sığmır. Kimin kino sahəsində nə xidmətləri var, bunu Azərbaycanda hər kəs bilir. O baxımdan hesab edirəm ki, əsas məqsəd ondan ibarət olmalıdır ki, ölkədə kino işini bəlli bir səviyyəyə qaldıra bilək. İndi Kino Agentliyi yaradılıb, çox mühüm hadisədir, kino haqqında qanun var və bu da yaxşıdır. Lakin hələ də Azərbaycan kinosu sıfır nöqtəsindən tərpənmir. Yaxşı rejissorlarımız, ssenaristlərimiz var, amma və lakin hər kəsə bəlli olan səbəblərdən kino sahəsində irəliləyişlərimiz yoxdur.
Rüstəm İbrahimbəyovun dünyasını dəyişməsi hesab edirəm ki, Azərbaycan kinosu üçün çox ciddi itkidir. Onun düşüncə miqyası, peşə bacarığı, dünyada tanınması, Azərbaycan kino sahəsindəki xidmətləri fərqli mövzudur. Ona görə də indi bu gün durub təzədən ocağın üstünə benzin tökmək, qızışdırmaq bir sözlə, hamısı düşüncəsiz yanaşmalardır. O baxımdan düşünürəm ki, Aydın Kazımzadənin açıqlamasında ittifaqı birləşdirməklə bağlı dedikləri normaldır, yəni bu niyyətin özü çox yaxşıdır. Amma onun Rüstəm İbrahimbəyov haqqında dediyi və bir çox qərəzli, subyektiv fikirləri əlbəttə ki, normal əxlaq çərçivəsinə sığmır. Biz gedənlər haqqında ya yaxşı danışmalıyıq, ya da danışmamalıyıq.
İttifaqın yaranması hamıya məlumdur ki, onu heç bir kino xadimi yaratmayıb. Bu vəzifədən sui-istifadə edən məmurların, Azərbaycan kinosunu pis günə qoyanların layihəsi idi və o da baş tutdu. Ona görə heç kim deməsin ki, biz ikinci bir ittifaq yaratdıq. Siz özünüz heç nə yarada bilməzdiniz. Çünki o yaratmağa qadir olanlar başqa adamlar idi. Ona görə onun, bunun yanında olmaq, ortada sıra adamları var ki, onların niyyəti kinoyla bağlı deyil, onların əksəriyyətinin iddiası şəxsi iddiadır ki, mənzil, təqaüd və sair mükafatlar alsınlar. Kino idealı tamam fərqlidir. Rüstəm İbrahimbəyovun idealı kino idealı idi və ona görə də uzun müddət Azərbaycan kinosuna bu qədər vədə verə və onu irəlilədə bilmişdi.
Hesab edirəm ki, bu cür yanaşmalar, konfiliktlər heç bir fayda gətirməyəcək. Hər kəsin deməyə sözü var, amma biz kino işi üçün olan nöqtələri birləşdirməliyik. Biz kino işinin irəliləyişinə necə xidmət edə bilərik, bu barədə düşünməliyik. Yoxsa ki, bunun ittifaqı yaxşıdır, onunki pisdir, o belədir, bu elədir, kimi sözlər kölə, qul təfəkkürüdür, yaradıcı təfəkkürü deyil. Bu sırf şəxsi maraqlarla bağlı olan məsələlərdir. Necə ki, ittifaqın parçalanmasında əsas məsələ şəxsi maraqlar üstündə oldu, buna tab gətirənlər, gətirməyənlər, dizi qatlananlar oldu. Bütün bunlar keçmiş zamandır. Kino ittifaqı birləşsə, yaxşı olar, orda sədr kim olacaq, başqa məsələdir. Amma önəmli olan Azərbaycan kinosunun taleyidir".
Qeyd edək ki, Xalq artisti Rasim Balayev də moderator.az-a açıqlamasında kinoşunas Aydın Kazımzadənin ittihamlarına cavab verib.
Bakıda metroda cibgirliklə məşğul olan şəxs yaxalanıb.

100 günlük müharibə Ukrayna ordusunun dözümlülüyünü və xalqın şüca

Cinsini dəyişərək kişi olmağı seçən keçmiş aktrisa, indiki aktyor Ell

İyunun 4-ü saat 00:00-da Cəlilabad rayon sakini, 1996-cı il təvəllüdlü R

"Nəcməddin Sadıkov hələ vəzifədə olan vaxtda mən demişəm ki, o,

2021-ci il noyabrın 25-də Sabirabad rayonunun Ətcələr kəndi ərazisində S

Ermənistan Təhlükəsizlik Şöbəsinin katibi Armen Qriqoryan bəyan edib ki,

Şou-biznesdən uzaq gəzən müğənni Samir Bağırov uzun zaman sonra görün

Rostov şəhərinin Kirov rayon Məhkəməsi kriminal dairələrdə Karlik kimi

İyunun 4-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi

Çinin cənubundakı Quyçjou əyalətində sürət qatarı relsdən çıxıb.

Türkiyənin məşhur müğənnisi Serdar Ortaç özünə yeni gəlir mənbəyi

"Rusiya Şərqi Əməliyyat Zonasında hücum əməliyyatlarını dayandır

Slovakiya biznesinin Azərbaycan bazarına marağı artır.
