"Tayqulaq, homoseksualist Andraniki özünə qəhrəman bilən xalq gerçəkdən bədbəxtdir..."


Digərləri 04 İyn 2022 11:45:00 120 0

"Tayqulaq, homoseksualist Andraniki özünə qəhrəman bilən xalq gerçəkdən bədbəxtdir..."

Ermənistanın Sünik mərzinin Gorus şəhərinin meri Aruş Aruşanyan "Facebook"da ulu babasının general Andranikə ünvanladığı məktubu dərc edib.

"Babamın Zəngəzur yaxınlığındakı qəhrəmancasına döyüşlərdən əvvəl general Andranikə məktubu...Qəribədir ki, tarix təkrarlanmağa meyillidir. 1918-ci il oktyabrın 2-də babam, komissar Hayrapet Aruşanyans Xınzırək("Ermənistan" adlanan Qərbi Zəngəzurda Laçın və Qubadlı rayonlarına sərhədə yaxın kənd- S.L.) camaatı adından general Andranikə məktub göndərib və bu məktubda o, böyük generaldan tarixi "Artsax"ın süquta uğraması və Sünikin təhlükə altına düşdüyü üçün düşmənə müqavimət göstərməkdən ötrü onlara rəhbərlik etməsini xahiş edib"- babasının "şanlı" məktubunu belə şərh edən revanşist və faşist ruhlu erməni mer  məktubun məzmununu ətraflı izah etdikdən sonra ermənilərin bugünkü durumunu XX əsrin əvvəlindəki ilə eyniləşdirir və soydaşlarını mübarizəyə səsləyir:

"Biz bir əsr bundan əvvəlki vəziyyətdəyik... Bizim əcdadlarımız cəsur, mərd və qərarlarında qətiyyətli olublar. Qanımızın çağırışı ilə bu gün biz atalarımızdan qoyub getdiyi mirasa layiq olmalıyıq".

Xatırladaq ki, bir müddət öncə Gorusun meri Paşinyan hökumətinə qarşı qanunsuz çıxışları dəstəklədiyinə və silahlı insidentlərə görə bir neçə dəfə həbs edilsə də, sonradan "xalq"ın, əslində rusiyameyilli Köçəryan-Sərkisyan müxalifətinin tələbi ilə azadlığa buraxılıb.

Son.az xəbər verir ki, tanınmış ermənişünas alim Qafar Çaxmaqlı moderator.az-a açıqlamasında Ermənistanda yaşananların ermənilərin bir toplum olaraq terrorçuluq mərəzinə mübtəla olduğundan qaynaqlandığını deyir:

"Erməni millətinin çox bədbəxt xüsusiyyətləri var. Onlardan ən dəhşətlisi qaniçən cəlladları, terroristləri qəhrəman kimi görməsidir. Andranik Ozanyan adlı sözdə general əslində bu millətin ayıbı hesab olunmalıdır, amma onu qəhrəman hesab edirlər. Bu ondan irəli gəlir ki, bu şəxs Türk düşməni olub və günahsız, müdafiəsiz insanları məhv edib. Bütün həyatı belə keçib. Balkan müharibəsindən tutmuş 1920 - ci ilə qədər Türklərə qarşı nizami ordu qurub və guya Ermənistan Respublikasının 1918 - ci ildə elan olunan ərazilərdə qurulmasını qəbul etməyib və kiçik bir dəstə ilə Zəngəzurdan İrana keçib və törətdiyi cinayətlərin aşkar olunacağından qorxaraq Amerikaya qaçıb. Arxasında buraxdığı cinayətlərin cəzasından qorxan bir adamın nə qəhrəmanlığı olub, heç ermənilərin özləri də bunu anlamırlar. Həm də o heç bir açıq döyüşdə qalib gəlməyib. Ermənilərlə bizim 1918-20 - ci illərdə müharibələrimizdə də məğlub tərəf ermənilər olub. Türklərlə o illərdə iki müharibənin ikisində də təslim olublar. 100 il sonra da bu belədir. 44 günlük müharibənin sonucu ortadadır. Bunlar hansı qəhrəmanlıqdan və hansı qəhrəmandan danışa bilərlər? Andranikə Gorusun başçısının babasının məktubunda da çarəsizlik duyğuları var. Nə olsun ki... Babası məktub yazıb?! Erməni yazar Tumanyan da ona məktub yazıbmış və xahişi o olmuşdu ki, oğlanlarını qorusun. Bir başqası isə Andranikə məktub yazıb qızını təklif edirmiş... Tayqulaq, homoseksualist Andraniki özünə qəhrəman bilən xalq gerçəkdən bədbəxtdir. Bu həm də onun göstəricisidir ki, bunların təqdim edə biləcəyi, ortaya çıxara biləcəyi düz-əməlli bir adamı yoxdur ki, ona qəhrəman desin... Ortada olanlar hamısı oğru, quldurdur. Türk düşməni olmağın özü bir xəstəlikdir".