Heydər Əliyev Mərkəzində xalça motivləri əsasında hazırlanan geyimlərin dəfiləsi keçirilib VİDEO FOTO


Kriminal 04 İyn 2022 11:58:00 94 0

Heydər Əliyev Mərkəzində xalça motivləri əsasında hazırlanan geyimlərin dəfiləsi keçirilib  VİDEO  FOTO

Heydər Əliyev Mərkəzində xalça motivləri əsasında hazırlanan geyimlərin dəfiləsi keçirilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Heydər Əliyev Mərkəzindəki təqdimat zamanı "AFFFAIR" markasının təsisçisi Rüfət İsmayılın qədim çeşnilər - "Açma-yumma", "Qarabağ", "Naxçıvan", "Ovçuluq", "Pazırıq" xalçalarının elementlərindən ruhlanaraq hazırladığı dizaynlar əsasında "Sumakh" geyim kolleksiyası nümayiş etdirilib.

Dünyanın ən qədim xalçaçılıq mərkəzi olan Azərbaycanda bu sənət növü əsrlər boyu nəsildən-nəslə ötürülüb, müasir dövrədək qorunub saxlanılıb. Xalça motivləri hər zaman yeni ideyaların, əsərlərin yaranmasına təkan verib. Azərbaycanda xalçaçılıq məktəbinin yaşadılması və inkişafına, eləcə də dünyada tanıdılmasına dəstək göstərən Heydər Əliyev Fondu bu istiqamətdə Azərbaycanda və xaricdə bir sıra layihələr, sərgilər təşkil edib. UNESCO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilən Azərbaycanın ənənəvi xalçaçılıq sənəti yeni layihələrdə yenə də zövqləri oxşayır. Heydər Əliyev Fondunun dəstəyi ilə dizayner-modelyer Rüfət İsmayılın Azərbaycan xalçalarının motivləri, zəngin rəngləri və naxışlarından bəhrələnərək yaratdığı və Azərbaycanın Qarabağ zəfərinə həsr olunan "Sumakh" kolleksiyası da bu baxımdan diqqət çəkir.

Xalçaçılıq sənətinin bu gün də inkişafda olduğunu deyən "Azərxalça" ASC-nin sədri Emin Məmmədov layihənin yaranma səbəbindən danışıb: "Rüfət İsmayılın Azərbaycan klassik ənənəvi xalçaların əsasında yaratdığı gözəl əsərlərini "Azərxalça"nın toxucuları müxtəlif emalatxanalarımızda toxuyub. Sənətin digər növləri ilə yanaşı xalçaçılıq da inkişaf etməlidir. Ona görə də biz tanınmış rəssamlar, konseptual dizaynerlərlə əməkdaşlıq qurub yeni əl sənəti yaradırıq və bununla da xalçaçılıq sənətini, mədəni irsimizi yaşadırıq".

Dünya şöhrətli fotoqraf Reza Deqati də kolleksiya ilə bağlı fikirlərini bölüşüb: "Azərbaycan mədəniyyəti incəsənətlə dünyada tanınır. İncəsənətin bir növü də xalçadır. Xalçanı geyim vasitəsilə dünyaya çatdırmaq olduqca gözəldir. Mən bu dəfilədə həm "fashion", həm də milli naxışlarımızı gördüm və bu məni çox sevindirdi".

"AFFFAIR in Carpets" adlı nümayişdə "Sumakh Haute Couture" və "Sumakh Affordable Luxury" kolleksiyasından geyimlərin dəfiləsi keçirilib. Qeyd edək ki, "Sumakh Haute Couture" bu günədək Paris və Moskvada nümayiş etdirilib. "Sumakh Affordable Luxury" kolleksiyası isə ilk dəfə məhz Bakıda nümayiş olunub.

Kolleksiyaya daxil olan 5 məşhur xalça motivi əsasında yaradılan əsərlər xüsusən diqqət çəkir. "Açma-yumma" xalçası Qarabağ xalçaları arasında bədii xüsusiyyətləri ilə fərqlənir və "Açma-yumma" xalçaları silsiləsindən olan naxışlar kompleksinin bir hissəsidir.

Gözəlliyi ilə fərqlənən daha bir əsərin elementləri "Qarabağ" xalçasından qaynaqlanıb. İlk baxışdan təkrar elementlərdən ibarət olan həmin kompozisiya sıralanaraq kəhkəşana qərq olur.

"Naxçıvan" adlı əsər Qarabağ xalçaçılıq məktəbinin nümunəsi olan xalçanın müxtəlif elementlərindən, o cümlədən "Xətai" və "Çələbi" xalçalarının naxışlarından da istifadə olunaraq yeni bədii kompozisiya əsasında yaranıb.

Qarabağın "Ovçuluq" xalçalarına aid olunan elementlərin gözəlliyindən ruhlanan rəssam Azərbaycan və Yaxın Şərq sənətkarlıq məktəblərində geniş yer tapmış "Bəndi-Rumi" kompozisiyasının elementlərindən istifadə edərək şəbəkə tərkibli bədii kompozisiyanı yaradıb.

"Pazırıq" adlanan əsər türk soyuna aid edilən və dünyanın ən qədim xalçası sayılan (2500 il), Rusiyanın Sankt-Peterburq şəhərindəki Dövlət Ermitaj Muzeyində saxlanılan eyniadlı xalçanın mərkəzi elementlərindən qaynaqlanıb.

Azərbaycan xalçalarından, xüsusilə də Qarabağ xalçaçılıq məktəbindən ruhlanaraq ərsəyə gələn layihənin məqsədi həm də tarixi ənənələri müasir istiqamətlərdə yaşatmaqdır.

Murad Arifin bağ evinə ayı girdi  VİDEO like
  • 04 İyn 11:52  
Şou-biznes Murad Arifin bağ evinə ayı girdi VİDEO

Bakıda bəstəkar-müğənni Murad Arifin bağ evindəki həyətinə ayı balas

arrow Ətraflı
"Tayqulaq, homoseksualist Andraniki özünə qəhrəman bilən xalq gerçəkdən bədbəxtdir..." like
  • 04 İyn 11:45  
Digərləri "Tayqulaq, homoseksualist Andraniki özünə qəhrəman bilən xalq gerçəkdən bədbəxtdir..."

Ermənistanın Sünik mərzinin Gorus şəhərinin meri Aruş Aruşanyan "

arrow Ətraflı
“Azərbaycan kinosu hələ də sıfır nöqtəsindən tərpənə bilmir...” like
  • 04 İyn 11:30  
Kriminal “Azərbaycan kinosu hələ də sıfır nöqtəsindən tərpənə bilmir...”

Son.az xəbər verir ki, professor Qulu Məhərrəmli moderator.az-a açıqlamas

arrow Ətraflı
Metroda cibgir saxlanıldı: "Bu, həyat tərzimdir" like
  • 04 İyn 11:22  
Kriminal Metroda cibgir saxlanıldı: "Bu, həyat tərzimdir"

Bakıda metroda cibgirliklə məşğul olan şəxs yaxalanıb.

arrow Ətraflı
"Artıq əkshücuma keçmişik, torpaqlar azad edilir" like
  • 04 İyn 11:15  
Dünya "Artıq əkshücuma keçmişik, torpaqlar azad edilir"

100 günlük müharibə Ukrayna ordusunun dözümlülüyünü və xalqın şüca

arrow Ətraflı
Cinsini dəyişən aktyor kamera qarşısında  FOTOlar like
  • 04 İyn 11:07  
Şou-biznes Cinsini dəyişən aktyor kamera qarşısında FOTOlar

Cinsini dəyişərək kişi olmağı seçən keçmiş aktrisa, indiki aktyor Ell

arrow Ətraflı
Bakıda ər arvadını hoteldə bıçaqladı like
  • 04 İyn 11:02  
Digərləri Bakıda ər arvadını hoteldə bıçaqladı

İyunun 4-ü saat 00:00-da Cəlilabad rayon sakini, 1996-cı il təvəllüdlü R

arrow Ətraflı
Hafiz Hacıyev Nəcməddin Sadıkovu niyə döyüb?  Özü səbəbini belə açıqladı like
  • 04 İyn 11:00  
Digərləri Hafiz Hacıyev Nəcməddin Sadıkovu niyə döyüb? Özü səbəbini belə açıqladı

"Nəcməddin Sadıkov hələ vəzifədə olan vaxtda mən demişəm ki, o,

arrow Ətraflı
Azərbaycanda film kimi olay  İş adamı avtomobilinin içinə sümüklər qoyub, yandırdı  Səbəbi... like
  • 04 İyn 10:52  
Kriminal Azərbaycanda film kimi olay İş adamı avtomobilinin içinə sümüklər qoyub, yandırdı Səbəbi...

2021-ci il noyabrın 25-də Sabirabad rayonunun Ətcələr kəndi ərazisində S

arrow Ətraflı
"Qriqoryanın açıqlamasını sülh sazişinə çağırış kimi qiymətləndirmək olar" like
  • 04 İyn 10:48  
Siyasət "Qriqoryanın açıqlamasını sülh sazişinə çağırış kimi qiymətləndirmək olar"

Ermənistan Təhlükəsizlik Şöbəsinin katibi Armen Qriqoryan bəyan edib ki,

arrow Ətraflı
Samir Bağırov uzun zaman sonra görüntülənib  FOTO like
  • 04 İyn 10:45  
Şou-biznes Samir Bağırov uzun zaman sonra görüntülənib FOTO

Şou-biznesdən uzaq gəzən müğənni Samir Bağırov uzun zaman sonra görün

arrow Ətraflı
Erməni kriminal avtoritetə hökm oxundu like
  • 04 İyn 10:37  
Digərləri Erməni kriminal avtoritetə hökm oxundu

Rostov şəhərinin Kirov rayon Məhkəməsi kriminal dairələrdə Karlik kimi

arrow Ətraflı
Nazirlikdə xidməti müşavirə  Zakir Həsənov göstəriş verdi like
  • 04 İyn 10:32  
Siyasət Nazirlikdə xidməti müşavirə Zakir Həsənov göstəriş verdi

İyunun 4-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi

arrow Ətraflı
Çində sürət qatarı relsdən çıxdı, ölən və yaralananlar var like
  • 04 İyn 10:30  
Dünya Çində sürət qatarı relsdən çıxdı, ölən və yaralananlar var

Çinin cənubundakı Quyçjou əyalətində sürət qatarı relsdən çıxıb.

arrow Ətraflı