Quranda bəzi insanların heyvana bənzədilməsi təhqir deyilmi?


Digərləri 21 May 2022 19:40:00 105 0

Quranda bəzi insanların heyvana bənzədilməsi təhqir deyilmi?

Sahibsiz, nəzarətsiz, səliqə-səhmansız bir mənzilə daxil olan insan istədiyini edə bilər. Əgər o, könlündən keçəni etməsə, səbəbsiz olaraq ləzzətlərdən məhrum qalır. Amma sahibli, müxtəlif nöqtələrində kameralar quraşdırılmış, səliqə-səhmanlı evə daxil olan şəxs özünü evin qanunlarına uyğun aparmağa vəzifəli və məcburdur. Varlıq aləminin Allah kimi sahibi olduğuna, əməllərinə görə sorğu-suala çəkiləcəyinə inanan, başqa sözlə, iman gətirən insan nəfsini cilovlayaraq, Allahın qanunlarına tabe olacaq. İmanlı insan bütün əməllərinin nəzərdən keçiriləcəyinə əmin olduğu üçün Allahın bəyənmədiyi işlərə yol verməyəcək.

Sual: Üzümüzü Kəbəyə tutub namaz qılmağımızı əmr etmiş Allahın bizim ibadətimizə ehtiyacı varmı? Cavab: Hamı evini üzügünəşə tiksə, günəşin işığı artmaz və əksinə, hamı evini arxası günəşə tiksə, onun işığı azalmaz. Günəşin insanlara heç bir ehtiyacı yoxdur. Amma insanlar günəşin işıq və istiliyinə ehtiyaclı olduqlarından evlərini üzü günəşə tikirlər. Namazı əmr etmiş Allahın bizim ibadətimizə heç bir ehtiyacı yoxdur. Amma insanlar Allaha üz tutmaqla onun lütfündən faydalanır və inkişaf edirlər. Quranın "İbrahim" surəsinin 8-ci ayəsində buyurulur: "Əgər bütün insanlar kafir olsalar, Allaha zərrəcə təsir etməz. Çünki, O bütün insanlardan ehtiyacsızdır."

Sual: Nə üçün salehlər çətinlik, günahkarlar isə rifah içində yaşayır? Cavab: Allah salehləri, öz dostlarını sevdiyi üçün hər hansı səhvə görə onları dərhal cəzalandırır ki, onlar öz səhvlərinə diqqətli olsunlar. "Haqqə" surəsinin 44-45-ci ayələrində buyurulur: "Əgər peyğəmbər bizə istinad edərək özündən sözlər danışsa, ondan mütləq intiqam alarıq." Möminlər də belədir. Səhv edən kimi cəzalandırılırlar. "O məmləkətlərin əhalisini zülm etdikləri zaman məhv etdik. Biz onları məhv etmək üçün vaxt (vədə) müəyyən etmişdik." ("Kəhf", 59.) "Küfr edənlər onlara verdiyimiz möhləti heç də özləri üçün xeyirli sanmasınlar! Bizim onlara verdiyimiz möhlət ancaq günahlarını daha da artırmaları üçündür. Onlar alçaldıcı bir əzab görəcəklər!" ("Ali-İmran", 178.) Əgər eynəyinizin şüşəsinə bir damla çay sıçrasa, onu dərhal silirsiniz. Bu çay damlası paltarınıza düşsə, səbr edir, evdə paltarınızı dəyişirsiniz. Amma bu damla döşəməyə sərdiyiniz xalının üzərinə düşsə xalını yumaq qalır novruz bayramına. Allah da hər kəslə onun şəffaflığına uyğun rəftar edir.

Sual: Nə üçün bütün əməllərin qəbulu namazın qəbulundan asılıdır? Cavab: Yol polisi bir maşını saxladığı vaxt ondan sürücülük vəsiqəsi tələb edir. Nə şəxsiyyət vəsiqəsi, nə partiya bileti, nə ev kitabçası, nə idman dərəcəsi sürücülük vəsiqəsini əvəz edə bilmir. Bu vəsiqə yoxdursa avtomobil saxlanılır. Qiyamətdə məqsədə çatmaq üçün isə namaz qəbul olmalıdır. Namaz qəbul deyilsə, heç bir əməl qəbul deyil.

Sual: Necə olur ki, bəzi əməllərə görə saysız hesabsız mükafat verilir? Cavab: Rəvayətə görə, camaat namazında namaz qılanların sayı çox olduqca qılınan namazın savabı da çox olur. Bu say on nəfərə çatarsa, namazın savabı hesaba gəlməz. İnsan bir barmağı ilə telefon nömrəsi yığa bilirsə, iki barmağı ilə bir çimdik duz görürə bilir, üç barmaqla qələmi tutmaq mümkün olur. Amma on barmaqla görüləsi mümkün olan işlər saysız-hesabsızdır.

Sual: Quranda bəzi insanların heyvana bənzədilməsi təhqir deyilmi? Cavab: Heyvanların faydası və bəzi insanların əməlləri nəzərdən keçirilsə Quranın "onlar heyvan kimidirlər, bəlkə, daha çox zəlalətdədirlər" ("Əraf", 179.) bənzətməsinin məntiqə uyğun olduğunu görərik. Ən qiymətli libas ipəkqurdunun hazırladığı ipəkdən istehsal olunur. Ən mühüm qidalar heyvanlardan alınan ət, yağ, süd, qatıq, bal və sair nemətlərdir. Heyvanlar nəqliyyat vasitəsi kimi istifadə olunur, onların köməyi isə torpaqlar basdırılmış minalardan təmizlənir. İnsanlar bir çox biliklərini heyvanlardan əxz etmişlər. Adəm övladı ölünün dəfnini qarğadan öyrəndi, şanapipik səba xalqından Süleymana xəbər gətirdi, hörümçək öz toru ilə İslam peyğəmbərini qorudu. Heyvanlar əhilləşmək qabiliyyətinə malikdirlər. Məsələn, təlim görmüş itin etdiyi ov halaldır. İlan kimi bir zərər verici yalnız ona yaxınlaşanları çalır. Amma elə insanlar var ki, atom bombası ataraq bəşəriyyətin məhvinə fərman verir. İlan belələrindən üstün deyilmi?! Gecə-gündüz insanların maddi və mənəvi varlığını məhv etmək üçün ölkələrə təcavüz edənlər, məzlum xalqların qanını axıdanlar, azadlıq pərdəsi altında əxlaqsızlıq təbliğ edənlər heyvandan pis deyilmi?!