200 kəsiri olan tələbəni məhkəməyə verdilər


Dünya 21 May 2022 13:45:00 108 0

200 kəsiri olan tələbəni məhkəməyə verdilər

Boliviyanın Universitetlər Konfederasiyasının 52 yaşlı sədri 33 ildir tələbə statusu daşıyır.

Son.az lent.az-a istinadən xəbər verir ki, o, çox sayda fakültədə pusuz təhsil alsa da, diplom əldə etməyib. Təbii ki, bu da məqsədlidir.

1989-cu ildən həmkarlar təşkilatının sədri olan Maks Mendozanın 200-dən çox kəsiri var. O, vəzifəsinə görə ayda təxminən 3100 dollar maaş alır. Diplom alacağı təqdirdə bu pul və  əldən çıxacaq. 

Lakin bu yalanın da sonu gəlir. Bu günlərdə polislə tələbələr arasında baş vermiş qarşıdurmada 70 nəfər xəsarət alıb. Deputatlar bu fakta görə Mendozanın məsuliyyət daşıdığını önə sürərərk prokurorluğa şikayət ediblər.