Özbək iştirakçı Azərbaycan meyxanası ilə çıxış etdi


Şou-biznes 21 May 2022 12:37:00 183 0

Özbək iştirakçı Azərbaycan meyxanası ilə çıxış etdi

Özbəkistanda yayımlanan "Artist yangi soni" yarışmasında Azərbaycanın məşhur meyxanaları səsləndirilib. 

Son.az olay-a istinadən xəbər verir ki, iştirakçı Elyorbek Melibayev meyxanaçılar - Rəşad Dağlı, Aydın Xırdalanlı, Pərviz Bülbülə və Elşən Xəzərin illər əvvəl məclislərin birində dediyi "Ağ, qara, qırmızı, can, ay fransız qızı" meyxanasını oxuyub. 

Bundan sonra o, ötən əsirdə Aydinçikin səsləndirdiyi "Elnare" mahnısını, ardınca  Namiq Qaraçuxurlunun "Papanın gül balası" meyxanasını ifa edib. Üç mahnını birləşdirən iştirakçını səhnədə rəqqasələr müşayiət edib.