Yaponiya hökuməti Çinə etiraz ünvanlayıb


Dünya 21 May 2022 10:30:00 108 0

Yaponiya hökuməti Çinə etiraz ünvanlayıb

Yaponiya hökuməti Şərqi Çin dənizinin mübahisəli hissələrində qazma işlərinin aparılması ilə əlaqədar Çin hökumətinə etiraz ünvanlayıb.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Yaponiyanın baş naziri Fumio Kisida deyib.

O qeyd edib ki, Çin gəmiləri birtərəfli qaydada mübahisəli hissələrdə yerləşən qaz yataqlarında qazma işləri aparır.

Yaponiya tərəfinin məlumatlarına əsasən, rəsmi Pekin iki ölkə arasında təyin edilmiş iqtisadi zonanın sərhədində fəaiyyət göstərir. Hazırda orada 17 qazma qurğusunun işlədiyi deyilir.