Toya gedəndə özü ilə termos aparan azərbaycanlı müğənni


Şou-biznes 19 May 2022 14:45:00 200 0

Toya gedəndə özü ilə termos aparan azərbaycanlı müğənni

Müğənni Nadir Qafarzadə toylara gedəndə özü ilə termos aparır.

Son.az axşam.az-a istinadən xəbər verir ki, bu haqda onun oğlu Əziz "Söhbət var" verilişində deyib. Övladının sözlərini  təsdiqləyən Qafarzadə bunun səbəbini açıqlayıb:

"Uzun illərdir bu belədir. Artıq rayon toylarına da gedəndə aparıram. Ofisianta deyirsən çay gətir, başı qarışır, gec gəlir. Mən də ona görə termosumu, birdəfəlik çay paketimi, mürəbbə və ya balımı yanımda aparıram. Süzürəm və içirəm. Özüm özümə qulluq edirəm".