Prezident Administrasiyasında Milli Cəbhə Partiyasının sədri ilə görüş keçirilib


Siyasət 19 May 2022 14:58:00 93 0

Prezident Administrasiyasında Milli Cəbhə Partiyasının sədri ilə görüş keçirilib

Ölkəmizdə həyata keçirilən iqtidar-müxalifət dialoqunun davamı olaraq, mayın 19-da Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Milli Cəbhə Partiyasının sədri, Milli Məclisin deputatı Razi Nurullayev ilə görüş keçirib.

Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsindən bildiriblər ki, görüşdə şöbə müdiri Ədalət Vəliyev ölkəmizdə siyasi plüralizmin, fikir azadlığının təmin olunması, bu məqsədlə ictimai iştirakçılığın genişmiqyaslı tətbiqi və digər önəmli məsələlərlə bağlı görülən qanunvericilik və institusional tədbirlər çərçivəsində çoxpartiyalı sistemin inkişafına dövlət dəstəyinin təzahüründən söz açıb. Şöbə müdiri bu istiqamətdə son bir neçə ildə yeni partiyalarla birgə Milli Cəbhə Partiyasının da dövlət qeydiyyatından keçməsi və bugünkü legitim fəaliyyəti, Azərbaycan Milli Məclisində təmsilçiliyi haqqında fikirlərini bildirib.

Ədalət Vəliyev müxtəlif siyasi qüvvələrin təmsil olunduğu VI çağırış Milli Məclisin ölkədə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən köklü siyasi islahatlar çərçivəsində formalaşdığını, buradakı müxalifət partiyalarının nümayəndələrinin müstəqil Azərbaycanın parlament tarixində ilk dəfə olaraq həm Milli Məclisin rəhbərliyində, həm də komitə və komissiyaların rəhbərliyində təmsil olunduqlarını qeyd edib.

Milli Cəbhə Partiyasının sədri, Milli Məclisin deputatı Razi Nurullayev ölkəmizdəki siyasi dialoq təşəbbüslərinin ilkin mərhələsində baş verən Vətən müharibəsi zamanı mütərəqqi qüvvələrin siyasi birliyinin və milli həmrəyliyinin şanlı Zəfərə və dövlətçiliyimizin möhkəmlənməsinə birbaşa xidmət etdiyini vurğulayıb, hazırda aparılan və gələcəkdə aparılacaq iqtidar-müxalifət dialoqunun davam etdirilməsinin zəruriliyini bildirib. Yeni siyasi plüralizm mühitinin daha da inkişafı üçün ölkədəki bütün partiyalarla konstruktiv əməkdaşlığın qurulması, xüsusən partiyaların dövlət qeydiyyatına alınması, qurultayların keçirilməsi, hesabatların Mərkəzi Seçki Komissiyasına vaxtında və müəyyən edilmiş qaydada təqdim olunması, azad və demokratik mühitin formalaşması çərçivəsində kütləvi informasiya vasitələrinə məhdudiyyətsiz çıxış imkanlarının yaradılması, onların ofislə təmin olunması, partiyaların aktivləşməsi ölkədə aparılan siyasi dialoq təşəbbüslərinin ən vacib xarakterik xüsusiyyəti kimi dəyərləndirilib.

Prezident İlham Əliyevin "Dövlət təşəbbüslərinin davamlılığı, çoxpartiyalı sistemin formalaşması, islahatçı kursa sadiqlik, ölkədə siyasi fəaliyyət üçün münbit şəraitin dəstəklənməsi, demokratik ənənələrin inkişafı və s. sadaladığım strateji prioritetlərin icrası prosesində siyasi partiya və vətəndaş cəmiyyəti institutları fəal mövqe tutmalıdır", - tezisini xatırladan Ədalət Vəliyev bu fikirlərin əslində siyasi partiyalara və vətəndaş cəmiyyəti institutlarına çağırış olduğunu ifadə edib, xüsusən Milli Məclisdə təmsil olunan partiyaların bu çağırışa daha yaxından qoşulmasının əhəmiyyətini bildirib.

Sonda ölkəmizdə dərinləşməkdə olan siyasi dialoq mədəniyyəti prosesi, dövlət siyasətinin müxtəlif istiqamətləri ilə bağlı siyasi partiyaların təklif və təşəbbüsləri, işğaldan azad olunan torpaqlarımızda aparılan quruculuq işlərinin dövlətimizin iqtisadi qüdrətinin göstəricisi olması, bu işdə beynəlxalq qurumların Azərbaycana olan ikili münasibəti və ölkəmizə qarşı hələ də davam edən beynəlxalq ədalətsiz təhdidlərə müxalifət partiyalarının öz etirazlarını bildirməsinin önəmi və digər məsələlər haqqında fikir mübadiləsi aparılıb.

Zelenski xalqa yalançı ümid verməmək üçün bunu etdi like
  • 19 May 14:52  
Dünya Zelenski xalqa yalançı ümid verməmək üçün bunu etdi

Rusiya ilə müharibənin payıza qədər başa çatması ehtimalı çox azdır.

arrow Ətraflı
Toya gedəndə özü ilə termos aparan azərbaycanlı müğənni like
  • 19 May 14:45  
Şou-biznes Toya gedəndə özü ilə termos aparan azərbaycanlı müğənni

Müğənni Nadir Qafarzadə toylara gedəndə özü ilə termos aparır.

arrow Ətraflı
Zakir Sultanov cəzaçəkmə müəssisəsinə köçürüldü like
  • 19 May 14:44  
Digərləri Zakir Sultanov cəzaçəkmə müəssisəsinə köçürüldü

Mədəniyyət Nazirliyinin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkiş

arrow Ətraflı
Satılan gözəllik və ya plastik cərrahların əl işi like
  • 19 May 14:34  
Digərləri Satılan gözəllik və ya plastik cərrahların əl işi

İki gün öncə Bakıda keçirilmiş "Miss & Mister Azerbaijan -2022"

arrow Ətraflı
Azərbaycan, Gürcüstan və Qazaxıstan arasında tranzit sadələşdirilir like
  • 19 May 12:30  
Digərləri Azərbaycan, Gürcüstan və Qazaxıstan arasında tranzit sadələşdirilir

Azərbaycan, Gürcüstan və Qazaxıstan arasında tranzitin sadələşdirilməs

arrow Ətraflı
Almaniya Kansleri: “Rusiya bu müharibədə qalib gəlməməlidir” like
  • 19 May 12:22  
Dünya Almaniya Kansleri: “Rusiya bu müharibədə qalib gəlməməlidir”

Almaniya Kansleri Olaf Şolts Ukraynadakı müharibəni Avropa İttifaqının (A

arrow Ətraflı
Azərbaycanlı məşhurları belə görməmisiniz...  FOTO like
  • 19 May 12:15  
Şou-biznes Azərbaycanlı məşhurları belə görməmisiniz... FOTO

İnstaqramda "Aestheditt" səhifəsi paylaşımları ilə diqqət çə

arrow Ətraflı
“O, gəlinimiz olub, qardaşım onun ölümündən sonra tək yaşadı...” like
  • 19 May 11:52  
Şou-biznes “O, gəlinimiz olub, qardaşım onun ölümündən sonra tək yaşadı...”

Son.az xəbər verir ki, xalq artisti Əminə Yusifqızı moderator.az-ın suall

arrow Ətraflı
Daha bir rus jurnalist ölkəsini tərk etdi like
  • 19 May 11:45  
Digərləri Daha bir rus jurnalist ölkəsini tərk etdi

Rusiyalı jurnalist İvan Zasurski ölkəsini tərk edib.

arrow Ətraflı
Aİ Azərbaycanla Cənub Qaz Dəhlizi üzrə əməkdaşlığı fəallaşdırmaq niyyətindədir like
  • 19 May 11:40  
Digərləri Aİ Azərbaycanla Cənub Qaz Dəhlizi üzrə əməkdaşlığı fəallaşdırmaq niyyətindədir

Avropa İttifaqı (Aİ) Azərbaycanla əməkdaşlığı, xüsusilə, Cənub Qaz

arrow Ətraflı
Prezident Vahid Kirişçini qəbul edib like
  • 19 May 11:35  
Siyasət Prezident Vahid Kirişçini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 19-da Türkiyəni

arrow Ətraflı
Formula 1ə görə bu yol bağlanır like
  • 19 May 11:32  
Digərləri Formula 1ə görə bu yol bağlanır

19 may saat 23:00-dan Səməd Vurğun - Zərifə Əliyeva küçəsinin kəsişm

arrow Ətraflı
Nadir Ayanla əlaqəsindən danışdı: “Sevgi münasibətlərimi paylaşa bilərəm...” like
  • 19 May 11:30  
Şou-biznes Nadir Ayanla əlaqəsindən danışdı: “Sevgi münasibətlərimi paylaşa bilərəm...”

"Kim necədirsə, elə də başa düşür. Mən ailəli adamam, bu günə k

arrow Ətraflı