Almaniya Kansleri: “Rusiya bu müharibədə qalib gəlməməlidir”


Dünya 19 May 2022 12:22:00 145 0

Almaniya Kansleri: “Rusiya bu müharibədə qalib gəlməməlidir”

Almaniya Kansleri Olaf Şolts Ukraynadakı müharibəni Avropa İttifaqının (Aİ) tarixində üzləşdiyi ən böyük böhran adlandırıb.

Son.az APA-ya istinadən bildirir ki, bu barədə Kansler Şolts Bundestaqda çıxışında bildirib.

Şolts Ukraynadakı müharibəni tarixdə dönüş nöqtəsi adlandırıb.

O, Aİ-yə üzv dövlətlərin əvvəllər olduğu kimi, indi də həmrəyliklə bu böhrana qarşı dayanacağını bildirib.

"Kənardan təzyiqlər nə qədər çox olursa, biz Avropa İttifaqı olaraq bir o qədər gücümüzü birləşdirib birlikdə hərəkət edirik. Hamımız bir hədəfi paylaşırıq: Rusiya bu müharibədə qalib gəlməməlidir, Ukrayna qalib gəlməlidir.