Azərbaycan, Gürcüstan və Qazaxıstan arasında tranzit sadələşdirilir


Digərləri 19 May 2022 12:30:00 224 0

Azərbaycan, Gürcüstan və Qazaxıstan arasında tranzit sadələşdirilir

Azərbaycan, Gürcüstan və Qazaxıstan arasında tranzitin sadələşdirilməsi üzrə sazişin layihəsinin imzalanması gözlənilir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin rəisinin müavini Səməd Qaralov "Azərbaycanda beynəlxalq avtomobil daşımalarının inkişaf perspektivləri" mövzusunda konfans zamanı deyib.

Onun sözlərinə görə, bu layihə hələ 2016-cı ildə Azərbaycan, Gürcüstan və Qazaxıstanın gömrük xidmətləri tərəfindən Asiya İnkişaf Bankının dəstəyi ilə hazırlanıb.

"Bu saziş Azərbaycanla Gürcüstan arasında imzalanıb. Qazaxıstanla da sazişin imzalanması gözlənilir. Həmçinin, bu sistemin Gürcüstan tərəfindən 2023-cü il yanvarın 1-də işə salınması planlaşdırılır", - deyə o bildirib.

Həmçinin, Azərbaycanda "eTIR" prosedurunu işə salmaq planlaşdırılır.