Ukrayna Rusiyanın hərbi itkilərini açıqladı


Dünya 19 May 2022 11:15:00 101 0

Ukrayna Rusiyanın hərbi itkilərini açıqladı

Ukrayna Rusiyanın hərbi itkilərini açıqlayıb.

Son.az APA-ya istinadən bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının "Facebook" səhifəsində bildirilib.

Qeyd olunub ki, fevralın 24-dən bu gün səhər saatlarına qədər Rusiya Ordusunun 1254 tankı, 3 063 zirehli döyüş maşını, 595 artilleriya sistemi, 199 reaktiv yaylım atəşi sistemi, 93 havadan müdafiə sistemi, 203 hərbi təyyarəsi, 167 helikopteri, 2157 avtomobil texnikası və yanacaq çəni, 13 gəmi/kateri, 455 dronu, 43 xüsusi avadanlığı, 103 qanadlı raketi məhv edilib.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiya tərəfinin təxminən 28 500-ə qədər canlı qüvvəsini itirdiyini bəyan edib.