“Normal seksual həyatı olan qadınlar feminizmə qoşulmur”


Digərləri 19 May 2022 11:22:00 158 0

“Normal seksual həyatı olan qadınlar feminizmə qoşulmur”

Son.az xəbər verir ki, gündəm.az-ın suallarını yazıçı, kulturoloq Aydın Xan Əbilov cavablandırıb.

Bu xəbəri də oxu: Yoluxanların sayı açıqlanıb

Müsahibəni təqdim edirik. 

- Bir müddət öncə demişdiniz ki, boşanan qadınlardan uşaqlar alınıb internat evlərinə verilsin. Buna görə sosial şəbəkədə ciddi tənqid olundunuz, hətta sizi təhqir edənlərə rast gəlindi. Bu açıqlamanızın məntiqini necə izah edərdiniz?

- "Space" telekanalındakı "El içində" verilişində mən uşaqlardan həyat yoldaşına qarşı istifadə edən, yəni aliment pulunu alıb şəxsi ehtiyacları üçün xərcləyən anaları nəzərdə tutmuşdum. Belə analar uşaqları nənə-babasının yanına qoyur, onların tərbiyəsilə məşğul olmurlar. Başqa sözlə ifadə etsək, gələcək üçün manyak, problemli insanlar yetişdirirlər. Dünyanın hər yerində dövlət konfliktli ailələrdən uşaqları alıb internat evlərinə verir. Dövlət internat evlərindəki uşaqları hərbi və digər güc strukturları üçün yetişdirə bilər. Amma təəssüf ki, sosial şəbəkələrdəki peyinbaşlar mənim bu mövqeyimə birtərəfli yanaşaraq ancaq qadınlarla bağlı dediklərimi qabardıblar. Əgər peyinbaşlar, qoyunbaşlar mənim dediklərimi anlamayıb təhqirə keçirlərsə, onlara cavab vermək istəmirəm. Onlar küt insanlardır. 

- Niyə bizdə boşanmış qadınlara fərqli yanaşmalar var? Nə üçün bəzi kişilər boşanmış qadınlara "sahibsiz xanım", "real intim partnyor" gözü ilə baxırlar? 

- Bizdə hər zaman qadınlara böyük dəyər verilib. Son vaxtlar Avropadan ölkəmizə zərərli ideologiyalar gəlməkdədir. Onlar üçün cins məsələsi önəm kəsb etmir. Hətta indi üçüncü bir cinsi də kimlik sənədlərində göstərirlər. Boşanmış qadınlara "sahibsiz", "real intim partnyor" gözü ilə baxanlar anlamalıdırlar ki, onların da ailəsində, nəslində dul qadınlar var, yaxud sabah onların da qızları boşana bilər. Biz hər gün boşanmış, məhəbbəti daşa dəymiş qadınların qətlə yetirilməsi, döyülməsi, intihar etməsinə dair xəbərlərlə qarşılaşırıq.  

- Azərbaycandakı feminizm hərəkatı ilə Avropadakı feminizm hərəkatı arasında nə kimi fərqlər var?

- Azərbaycanda feminizm hərəkatı yeni deyil. Bizdə bu hərəkat Cəfər Cabbarlının "Sevil" əsəri ilə başlayıb. Sovet dövrünün sonrakı illərində bu hərəkat daha da genişləndi. Avropa feminizm hərəkatı əslində mavilərin və lezbiyanların hərəkatına cavab olaraq yarandı. Bu hərəkat sonradan qlobal, siyasi xarakter daşıdı. İndi bizdəki feministlər Avropadakı feministlərin şüarlarını "kopyalayıb" burada səsləndirirlər. Əlbəttə, bu kənardan çox eybəcər görünür. 

- Bəzi müşahidəçilər bildirir ki, Azərbaycanda feminizm tərəfdarı olan qadınların əksəriyyətinin şəxsi həyatlarında ciddi problemlər var və onlar nümunə ola bilməzlər. Siz bu yanaşma ilə razısınızmı?

- İstənilən hərəkatda üzdə olan qəhrəmanların fərdi həyatları problemli olur. Onlar seksual, psixoloji, fiziki problemləri olur. Normal ailəsi, seksual həyatı olan qadınlar, demək olar ki, feminizmə qoşulmurlar. Avropada feministlər çox savadlı, siyasi cəhətdən yetkin insanların arasından çıxırlar. Bizdə isə 13-16-17 yaşlı qızlar feminizm hərəkatına qoşulurlar. Əslində onlar feminizmin nə olduğunu anlamırlar. Onların hansı dünya görüşləri var ki, başqalarına örnək olsunlar? Bizdə başqaları tərəfindən cinsi təcavüzə məruz qalmış qadınlar sonradan fəal feministə çevrilirlər. Mən istərdim ki, bizdə feminist xanımlar intellektual, sayılıb seçilən insanlar olsunlar. 

- Azərbaycan cəmiyyəti seksual azadlığa nə dərəcədə hazırdır?

- Bizdə seksual azadlıq problemi yoxdur. Biz bu problemi çoxdan həll etmişik. Ailə dəyərlərinə zidd olan seksual inqilab həm də bir sıra problemlər yaratdı. Seksual azadlıq boşanmaların səbəblərindən biridir. Biz klassik ailə modelindən liberal ailə modelinə keçə bilməmişik.  

- Niyə müasir dövrdə bakirəlik axtarışında olan oğlanlara geridəqalmış kimi yanaşırlar? 

- Azərbaycan cəmiyyətində mühafizəkarlıq hər zaman güclü olub. Bu, milli-mənəvi dəyərlərimizin tərkib hissəsidir. Hər kəsin fikirlərinə hörmətlə yanaşmaq lazımdır. Amma bakirəlik məsələsində həssas olan kəsimə "çuşka" kimi baxmaq düzgün deyil. Elçilik, bakirəlik, yengə lazım deyil, düşüncəsində olan gənclər bizim mənəvi dəyərlərimiz üçün təhlükədir. Bu cür liberal düşüncəli gənclərin sayı bizdə çox azdır. Onlar mühafizəkarlara nisbətən fəal olsalar da belə, sayları, tərəfdarları azdır. Bu mənada yaxın gələcəkdə seksual azadlıq uğurunda mübarizə aparan gənclərin qələbə bayrağı qaldıracaqlarına inanmıram. 

- Kişi xəyanəti ilə qadın xəyanəti arasında fərqlər varmı? Nə üçün kişilərin xəyanətinə cəmiyyət normal baxır, qadınları xəyanətinə isə yox?

- Xəyanətin cinsi olmur. Qarşılıqlı münasibətlərə kölgə salan əməllər ailə institutunun dağılmasına səbəb olur. Azərbaycan kultunda kişilərin xəyanətinə hər zaman bəraət olub. Tarixən şahlar, sultanlar, bəylər hərəmxana saxlayıblar. Bizdə çoxarvadlılıq təkcə İslamdan gəlmir, bu həm də kişinin gücünün, imkanlarının çoxluğundan xəbər verir. Bizdə qadın ərinə xəyanət edəndə ona ilk şilləni öz qardaşı, atası vurur. Bunlar reallıqdır. Bizdə qadın xəyanətinə bəraət yoxdur. 

- Həddindən artıq açıq-saçıq filmlərə baxmağın insanlara hansı mənfi təsirləri var?

- Bu suala psixoloqlar, sekspotoloqlar daha yaxşı cavab verə bilər. Amma düşünürəm ki, asılılıq yaradan istənilən zərərli vərdişlər insan psixikasına mənfi təsir göstərir. Dünyanın inkişaf etmiş ölkələrində pornoqrafik, erotik filmlər çəkilir. Azərbaycanda pornoqrafik filmlərin istehsalı və yayımı qadağandır. Amma bilirsiniz ki, internetdə belə saytlara daxil olmaq sərbəstdir və bunun qarşısını almaq mümkün deyil. Bu filmlərə baxmaq olarmı? Bu filmlərə baxmaq əxlaqsızlıqdırmı? Bu filmlərə baxmaq həyat yoldaşına xəyanətdirmi? Bu suallara birmənalı cavab vermək mümkün deyil. Mən gənclərə məsləhət görərdim ki, bu cür saytlara daxil olmasınlar. Belə filmlər gənclərimizin psixoloji durumuna, seksual həyatına çox pis təsir göstərir.

Ukrayna Rusiyanın hərbi itkilərini açıqladı like
  • 19 May 11:15  
Dünya Ukrayna Rusiyanın hərbi itkilərini açıqladı

Ukrayna Rusiyanın hərbi itkilərini açıqlayıb.

arrow Ətraflı
Azərbaycanda vəzifəli şəxs qəzada öldü like
  • 19 May 11:12  
Digərləri Azərbaycanda vəzifəli şəxs qəzada öldü

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dendrologiya İnstitutunun (M

arrow Ətraflı
Azərbaycanda müəllim əməliyyat masasında öldü  FOTO like
  • 19 May 11:10  
Digərləri Azərbaycanda müəllim əməliyyat masasında öldü FOTO

Azərbaycanda müəllim əməliyyat masasında ölüb.

arrow Ətraflı
Ziya Məmmədovla Zakir Qaralov milyonların hesabatını niyə vermir?  Beton yox, batan yol... like
  • 19 May 10:58  
Digərləri Ziya Məmmədovla Zakir Qaralov milyonların hesabatını niyə vermir? Beton yox, batan yol...

Bu yola beton yox, batan yol adı verilib. Söhbət Bakı-Quba yolundan gedir. H

arrow Ətraflı
Putin bu generalları cəzalandırdı like
  • 19 May 10:57  
Siyasət Putin bu generalları cəzalandırdı

Ukraynadakı müharibənin gedişatı Rusiya Federasiyasında bir sıra generall

arrow Ətraflı
Məşhur serial bu tarixdə final edəcək like
  • 19 May 10:22  
Digərləri Məşhur serial bu tarixdə final edəcək

Türkiyənin "Fox" kanalında yayımlanan "Evlilik hakkında her

arrow Ətraflı
Komaya düşən 3 aylıq körpə xilas edildi like
  • 19 May 10:15  
Digərləri Komaya düşən 3 aylıq körpə xilas edildi

Bakıda komaya düşən 3 aylıq uşağın həyatı xilas edilib.

arrow Ətraflı
Sabah bu ərazilərdə qaz olmayacaq like
  • 19 May 10:07  
Digərləri Sabah bu ərazilərdə qaz olmayacaq

"Qaz İxrac" İdarəsinə məxsus qaznəqli sistemində 19.05.2022-ci

arrow Ətraflı
Kamaləddin Qafarov: “Türkiyənin inkişafı  Azərbaycanın inkişafı deməkdir” like
  • 19 May 10:01  
Siyasət Kamaləddin Qafarov: “Türkiyənin inkişafı Azərbaycanın inkişafı deməkdir”

"İki qardaş ölkə- Azərbaycan və Türkiyə arasındakı münasibətlə

arrow Ətraflı
Baş nazirin müğənni adaşı  FOTO like
  • 19 May 10:00  
Dünya Baş nazirin müğənni adaşı FOTO

Fransanın yeni seçilmiş Baş naziri Elizabet Bornun adaşı ortaya çıxıb.

arrow Ətraflı
Bu şəhərdə pişiklərin küçəyə çıxarılması qadağan olundu like
  • 19 May 09:52  
Dünya Bu şəhərdə pişiklərin küçəyə çıxarılması qadağan olundu

Almaniyanın cənub-qərbindəki Valdorf şəhərində nadir quşları qorumaq

arrow Ətraflı
"Azərbaycan imkansızı bacardı" like
  • 19 May 09:45  
Siyasət "Azərbaycan imkansızı bacardı"

İkinci Qarabağ müharibəsi hər kəsin öhdəsindən gələ biləcəyi bir i

arrow Ətraflı
Bakıda məktəbdə şagird bıçaqlandı  Saxlanılan var like
  • 19 May 09:44  
Digərləri Bakıda məktəbdə şagird bıçaqlandı Saxlanılan var

Bakıda məktəbdə şagirdlər arasında bıçaqlanma hadisəsi baş verib.

arrow Ətraflı
Rusiyalı məşhur qadınla eşq yaşayan azərbaycanlı kimdir? like
  • 19 May 09:37  
Şou-biznes Rusiyalı məşhur qadınla eşq yaşayan azərbaycanlı kimdir?

Dünyaca məşhur balerina Anastasiya Voloçkovanın yeni sevgilisinin azərbayc

arrow Ətraflı
"Bundan ancaq günahsız insanlar əziyyət çəkir" like
  • 19 May 09:22  
Siyasət "Bundan ancaq günahsız insanlar əziyyət çəkir"

Bu yaxınlarda məlum oldu ki, Beynəlxalq Cinayət Məhkəməsi Rusiya ilə mü

arrow Ətraflı