Severodonetsk atəşə tutulub: 4 ölü


Dünya 19 May 2022 11:37:00 193 0

Severodonetsk atəşə tutulub: 4 ölü

Mayın 18-də Rusiyanın Luqansk vilayətinin Severodonetsk şəhərini atəşə tutması nəticəsində 4 nəfər ölüb, daha 3 nəfər yaralanıb.

Son.az bildirir ki, bu haqda Luqansk Regional Hərbi Administrasiyasının rəhbəri Sergey Qayday Telegram-da məlumat verib.

"Severodonetsk səhər saatlarından atəşə tutulub. Bəzi yerlərdə güclü atəş nəticəsində xilasedicilər iki saat ərzində yanğın baş verən ərazilərə gedə bilməyiblər. Ən azı 8 evə ziyan dəyib, bəziləri yanır. Mayın 18-də şəhərdə dörd nəfər həlak olub, daha üç nəfər yaralanıb. Hamısı səhər saatlarında və şəhərin köhnə məhəllələrində", - Qayday qeyd edib.

Onun sözlərinə görə, səhər saatlarında düşmən mərmisinin düşdüyü mənzildə axtarış aparıldıqdan sonra iki qadının cəsədi aşkar edilib. Evlərdən birinin yaxınlığında bir kişi öldürüldü, eyni küçədə bir qadın və bir kişi rusların atəşinə məruz qalıb. Qadın yerindəcə keçinib, kişi qəlpə yaraları ilə xəstəxanaya yerləşdirilib.

Daha iki Severodonetsk sakini xəsarət alıb. Lisiçanskda qadının qolu amputasiya edilib.