Nadir Ayanla əlaqəsindən danışdı: “Sevgi münasibətlərimi paylaşa bilərəm...”


Şou-biznes 19 May 2022 11:30:00 192 0

Nadir Ayanla əlaqəsindən danışdı: “Sevgi münasibətlərimi paylaşa bilərəm...”

"Kim necədirsə, elə də başa düşür. Mən ailəli adamam, bu günə kimi heç bir qadın ifaçı ilə sevgi münasibətim olmayıb və olmayacaq da".

Son.az xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında müğənni Nadir Qafarzadə həmkarı Ayan Babakişiyeva ilə aralarında sevgi münasibətlərinin olması haqqında gəzən söz-söhbətə aydınlıq gətirərkən deyib. Sənətçi gəzən şaiyələrin hər birinin onun xeyrinə olduğunu bildirib:

"1993-cü ildə ailə qurmuşam, artıq 30 ildir ki, evliyəm. Mən səhnədə artistəm, həyatda adi insanam. Səhnədə qadın müğənniləri ilə sevgi münasibətlərimi paylaşa bilərəm. Bu da mahnı ilə əlaqədar, həyatda isə onun dostuyam. Biz dostuq, kim nə deyir-desin, bu gün məndən danışırlarsa, məni yaşadırlar, gündəmdə saxlayırlar".