Kamaləddin Qafarov: “Türkiyənin inkişafı Azərbaycanın inkişafı deməkdir”


Siyasət 19 May 2022 10:01:00 101 0

Kamaləddin Qafarov: “Türkiyənin inkişafı  Azərbaycanın inkişafı deməkdir”

"İki qardaş ölkə- Azərbaycan və Türkiyə arasındakı münasibətlər durmadan inkişaf etməkdədir. Hər iki ölkənin əldə etdiyi uğur və nailiyyətlər ölkələrimizin dünyada nüfuzunun daha da artmasına xidmət edir. Məlum olduğu kimi, mayın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə qardaş ölkədə işgüzar səfərdə olub. Səfər çərçivəsində dövlət başçıları Rize-Artvin Hava Limanının açılış mərasimində iştirak ediblər. Yeni hava limanına ilk dəfə  göyərtələrində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Azərbaycan Prezidenti İlham Əliyevin olduqları təyyarələr eniş ediblər. Bu faktın özü böyük siyasi və mənəvi önəm daşyır.Bu fakt Azərbaycan və Türkiyə arasında mövcud olan və getdikcə möhkəmlənən sarsılmaz birliyin, ölkələrimizin birgə getdikləri yüksəliş və inkişaf yolunun bariz təcəssümüdür. Təsadüfi deyil ki, dövlət başçılarının görüşündə Azərbaycanla Türkiyə arasında ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirilib, siyasi əlaqələrin yüksək səviyyədə olduğu qeyd edilib. Bu baxımdan Şuşa Bəyannaməsinin önəmi xüsusi olaraq bir daha vurğulanıb". Bu sözləri mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.

Deputat qeyd edib ki, məhz Şuşa Bəyannaməsi ölkələrimiz və xalqlarımız arasında olan sarsılmaz dostluq və qardaşlıq əlaqələrinin daha bir nümayişi olmaqla bərabər, eyni zamanda da hər iki dövlətin Cənubi Qafqazda gedən proseslərdə rolu və nüfuzunun yüksəlişini şərtləndirən bir tarixi sənəddir: " 2021-ci il iyunun 15-də Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında imzalanmış müttəfiqlik münasibətləri haqqında Bəyannamə strateji əhəmiyyət kəsb edən bütün əməkdaşlıq istiqamətlərini əhatə edir. O cümlədən, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, siyasi münasibətlər, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasətinin bir sıra parametrlərini də özündə ehtiva edir.  Bəyannamədə enerji təhlükəsizliyi, Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan və Avropa üçün önəmi xüsusi olaraq qeyd olunub. Bütün bunlar isə ölkələrimiz arasında keyfiyyətcə daha yüksək işbirliyinin etibarlı əsasını təmin edib." 

Türkiyə-Azərbaycan birliyinin strateji əhəmiyyətindən danışan millət vəkili deyib: "Türkiyə və Azərbaycan sadəcə dost və qardaş ölkələr deyil, həm də strateji müttəfiqlərdir. Bu müttəfiqliyin ən önəmli tərəfi də məhz hərbi sahədə əməkdaşlıqdır. Artıq bütün dünya bilir ki, Azərbaycan və Türkiyə hər zaman bir yerdə olacaq, bir-birinin təhlükəsizliyini təmin edəcəklər. Prezident İlham Əliyev Rizedə etdiyi çıxışında xüsusi olaraq vurğuladı ki, hava limanının açılış mərasimində Azərbaycan Prezidentinin iştirakı Türkiyə-Azərbaycan birliyinin növbəti təzahürüdür: "Biz hər zaman bir yerdəyik - xoş günlərdə, yaxşı günlərdə, çətin günlərdə də. İkinci Qarabağ savaşı bunu bir daha bütün dünyaya göstərdi. Savaşın ilk saatlarından son gününə qədər mənim qardaşım bizim yanımızda idi, qardaş Türkiyə xalqı bizim yanımızda idi. İkinci Qarabağ savaşı bizim müştərək, ortaq şanlı tariximizdir. Otuzillik işğala son qoyduq və savaşın ilk günündə hörmətli Prezident, qardaşım Rəcəb Tayyib Ərdoğanın "Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır" deməsi bir çoxları üçün ciddi mesaj oldu. Savaşın son dəqiqəsinə qədər - Şuşa şəhərində bayrağımız ucalana qədər Türkiyə bizim arxamızda idi, bizə arxa idi, dayaq idi və Azərbaycan xalqı heç vaxt bu qardaşlığı unutmayacaq." 

K.Qafarov açıqlamasının sonunda demişdir: "Rize-Artvin Hava Limanının açılışı Türkiyədə gedən uğurlu inkişafın təzahürüdür. Qardaş Türkiyə bu gün dünya miqyasında böyük güc mərkəzinə çevrilib, söz sahibi olub. Həmçinin ölkə daxilində də böyük layihələr icra olunur. Bunların arasında xüsusilə insanlara xidmət göstərən layihələr - hava limanları, su anbarları, yollar, körpülər, məktəblər, xəstəxanalar qeyd olunmalıdır. Bütün bunlar Türkiyənin inkişafını, gücünü göstərən amillərdir və əlbəttə ki, bu inkişaf hər iki qardaş ölkənin, bütün Türk dünyasının maraqlarına bütünlüklə cavab verən bir prosesdir və  Türkiyə kimi Azərbaycanımızın da gücünə güc qatır".

Baş nazirin müğənni adaşı  FOTO like
  • 19 May 10:00  
Dünya Baş nazirin müğənni adaşı FOTO

Fransanın yeni seçilmiş Baş naziri Elizabet Bornun adaşı ortaya çıxıb.

arrow Ətraflı
Bu şəhərdə pişiklərin küçəyə çıxarılması qadağan olundu like
  • 19 May 09:52  
Dünya Bu şəhərdə pişiklərin küçəyə çıxarılması qadağan olundu

Almaniyanın cənub-qərbindəki Valdorf şəhərində nadir quşları qorumaq

arrow Ətraflı
"Azərbaycan imkansızı bacardı" like
  • 19 May 09:45  
Siyasət "Azərbaycan imkansızı bacardı"

İkinci Qarabağ müharibəsi hər kəsin öhdəsindən gələ biləcəyi bir i

arrow Ətraflı
Bakıda məktəbdə şagird bıçaqlandı  Saxlanılan var like
  • 19 May 09:44  
Digərləri Bakıda məktəbdə şagird bıçaqlandı Saxlanılan var

Bakıda məktəbdə şagirdlər arasında bıçaqlanma hadisəsi baş verib.

arrow Ətraflı
Rusiyalı məşhur qadınla eşq yaşayan azərbaycanlı kimdir? like
  • 19 May 09:37  
Şou-biznes Rusiyalı məşhur qadınla eşq yaşayan azərbaycanlı kimdir?

Dünyaca məşhur balerina Anastasiya Voloçkovanın yeni sevgilisinin azərbayc

arrow Ətraflı
"Bundan ancaq günahsız insanlar əziyyət çəkir" like
  • 19 May 09:22  
Siyasət "Bundan ancaq günahsız insanlar əziyyət çəkir"

Bu yaxınlarda məlum oldu ki, Beynəlxalq Cinayət Məhkəməsi Rusiya ilə mü

arrow Ətraflı
“Poz,qazan” lotereyaları oğurlayan keçmiş məhkum tutuldu like
  • 19 May 09:07  
Kriminal “Poz,qazan” lotereyaları oğurlayan keçmiş məhkum tutuldu

İsmayıllı Rayon Polis Şöbəsinə İvanovka kəndində yerləşən mağazala

arrow Ətraflı
ABŞ: Türkiyənin bu narahatlığı like
  • 19 May 09:00  
Siyasət ABŞ: Türkiyənin bu narahatlığı

ABŞ hakimiyyəti əmindir ki, Türkiyənin Finlandiya və İsveçin NATO-ya dax

arrow Ətraflı
Qeyrispesifik xoralı kolit like
  • 19 May 08:59  
Digərləri Qeyrispesifik xoralı kolit

Qeyri-spesifik xoralı kolit yoğun bağırsağın iltihabi xəstəliyidir.Xəst

arrow Ətraflı
“Paşinyan cinayətkar polisləri 6,5 milyon dollar mükafatlandırıb” like
  • 19 May 08:57  
Siyasət “Paşinyan cinayətkar polisləri 6,5 milyon dollar mükafatlandırıb”

Bir həftə ərzində təxminən 3 milyard dram - təxminən 6,5 milyon ABŞ dol

arrow Ətraflı
Mədənin sekretor funksiyasının müayinə metodları like
  • 19 May 08:55  
Digərləri Mədənin sekretor funksiyasının müayinə metodları

Mədənin sekretor funksiyasının müayinə metodları 1.Mərtəbəli manometr

arrow Ətraflı
Yaponiya Ukraynaya humanitar like
  • 19 May 08:54  
Siyasət Yaponiya Ukraynaya humanitar

Yaponiya Ukraynaya əlavə olaraq 300 milyon dollar maliyyə yardımı ayırıb.

arrow Ətraflı
Almaniya ərzaq təhlükəsizliyinə 4 milyard avro like
  • 19 May 08:53  
Digərləri Almaniya ərzaq təhlükəsizliyinə 4 milyard avro

Almaniya dünyada ərzaq təhlükəsizliyinin təmin edilməsinə bu il 4 milyar

arrow Ətraflı
Rusiyaya güzəştə getmək və sülh danışıqları aparmaq like
  • 19 May 08:52  
Siyasət Rusiyaya güzəştə getmək və sülh danışıqları aparmaq

Rusiya Federasiyasına güzəştə getmək və sülh danışıqları aparmaq mü

arrow Ətraflı