Çavuşoğlu və Quterreş Ukraynanı


Siyasət 19 May 2022 08:43:00 181 0

Çavuşoğlu və Quterreş Ukraynanı

BMT-nin Nyu-Yorkdakı mənzil qərargahında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və BMT-nin baş katibi Antoniu Quterreş arasında görüş keçirilib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə baş katibin mətbuat xidmətindən bildirilib.

Məlumata əsasən, tərəflər regional məsələləri, o cümlədən Ukraynadakı hadisələri müzakirə ediblər.

Qeyd edilib ki, tərəflər arasında Suriya, Liviya və Əfqanıstandakı vəziyyət, həmçinin Kipr nizamlanması ilə bağlı fikir mübadiləsi aparılıb.

A.Quterreş Türkiyəyə beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipini dəstəklədiyinə və ölkənin BMT-yə verdiyi töhfəyə görə təşəkkür edib.